Şüvəlan qəsəbəsində, Şüvəlan Park Ticarət Mərkəzinin yaxınlığında yerləşən unikal memarlıq üslublu qəsr satışa təqdim olunur.
Qəsr 3 səviyyədən ibarətdir (-1, +1, +2). Hər mərtəbənin hündürlüyü 4 metr, divarların qalınlığı 60 sm-dir. Monolit beton konstruksiyaya malik binada lift quraşdırılması üçün xüsusi yer də nəzərdə tutulub.Mənfi birinci mərtəbədə sauna, üzgüçülük hovuzu, idman zalı, mətbəx və yardımçı otaqlar yerləşir. Birinci mərtəbədə kaminli geniş zal, mətbəx, yataq otağı, sanitar qovşağı və geyim otağı, ikinci mərtəbədə isə 4 yataq otağı, zal, hol və geyim otağı mövcuddur.
Əmlakın həyətə iki ayrı girişi, avtomobil qarajı və qarajın üzərində 100 kv.m sahəsi olan geniş terrası var.Qaz, su və elektrik təminatı mövcuddur. Tikintiyə aid çertyojlar və layihə maketi də var. Mülkiyyət hüququnu təsdiq edən çıxarış daxil olmaqla, bütün sənədlər qaydasındadır.
© Gülü xanım · mulk.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.