Buzovna qəsəbəsində sakit və rahat ərazidə yerləşən həyət evi satışa təqdim olunur. Ev 6 sot torpaq sahəsində inşa olunub və ümumi yaşayış sahəsi 120 m² təşkil edir. 3 otaqdan, mətbəxdən, hamam və tualetdən ibarətdir. Əlavə olaraq, evin 48 m² mansardı və zirzəmisi (padvalı) mövcuddur. Həyətdə ayrıca hamam (xammam) və tualet də tikilib.
Ev tam tikilmiş vəziyyətdədir, lakin indiyədək yaşayış olmayıb. Yeni sahibinin zövqünə uyğun olaraq yalnız kosmetik təmir işləri tələb olunur. İstilik sistemi hazırdır, kanalizasiya mövcuddur, elektrik xətti isə darvazaya qədər çəkilib.Torpaq sahəsi 50 illik etibarnamə əsasında istifadədədir. Sakit və əlverişli ərazidə yerləşməsi, geniş həyəti və əlavə sahələri ilə həm ailəvi yaşayış, həm də bağ evi kimi istifadə üçün münasib variantdır.
Ətraflı məlumat almaq və evə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz!
© Gülü xanim · mulk.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.