Şüvəlan-Qala yolunda 6.8 sot torpaq sahəsində yerləşən, 170 kv.m, 4 otaqlı villa satılır. Ev beton monolit konstruksiyada yüksək keyfiyyətlə və çox səliqəli şəkildə tikilib. Villada 4 sanitar qovşağı, dizayner təmiri, bütün ev üzrə isti döşəmə sistemi, kombi sistemi, su filtri, fiber-optik internet və TV mövcuddur. Ev 3 televizorla təchiz olunub. Həyətdə 11 metrlik hovuz yerləşir. Qaz, su və işıq daimidir. Evin həm daxilində, həm də çölündə səs və görüntü kameraları quraşdırılıb, həmçinin polis mühafizə siqnalizasiyası mövcuddur. Bütün yol asfaltdır, villa əsas yoldan cəmi 100 metr içəridə yerləşir. Ətraf ərazi tam yaşayışlıdır. Villa həm keyfiyyətli tikintisi, həm rahat yerləşməsi, həm də geniş və funksional həyəti ilə ailəvi yaşayış üçün ideal seçimdir.
© Firuzə Xanım · mulk.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.