Albalılıq qəsəbəsində həm daimi yaşayış, həm də istirahət üçün çox əlverişli və ideal ərazidə bağ evi satılır. Yolu tam asfaltlaşdırılıb, yaxınlığında supermarket, məktəb və avtobus dayanacağı yerləşir. Torpaq sahəsi hamar, relyefli və bərəkətlidir. Ev geniş qonaq otağı, 3 yataq otağı, 2 sanitar qovşaq və mətbəxdən ibarətdir. Yaxşı təmir olunub, tikintisində keyfiyyətli və davamlı materiallardan istifadə edilib, alt və üst monolit betonla inşa olunub. Qaz, işıq və su xətləri daimidir və tam qaydasındadır. Optik internet, kamera sistemi, polis mühafizəsi və telefon xətti mövcuddur. Həyətdə çoxlu sayda bar verən meyvə ağacları və dekorativ bitkilər var. Həyət işıqlandırma sistemi ilə təchiz olunub, əlavə olaraq 44 metr dərinliyində su quyusu mövcuddur. Həm torpağın, həm də tikilinin çıxarışı (kupçası) var, texniki pasport mövcuddur. Alqı-satqıya tam hazırdır. Ev əşyalı satılır və ipotekaya yararlıdır.