Xəzər rayonu, Buzovna qəsəbəsində, AİDA PARK-ın arxasında, 322 nömrəli məktəbin yaxınlığında 5 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 250 kv.m tam təmirli həyət evi satılır. Ev 4 fəsil yaşayış üçün tam əlverişlidir. 1-ci mərtəbədə 70 kv.m geniş qonaq zalı, 1 yataq otağı, geniş mətbəx, böyük dəhliz və hamam otağı yerləşir. 2-ci mərtəbədə 3 yataq otağı, qonaq zalı, dəhliz, eyvan və sanitar qovşaq mövcuddur. Mətbəxin sahəsi 32 kv.m-dir. 12×3 kv.m ölçüdə qarajı var. Hər mərtəbədə kondisioner, kombi sistemi və isti pol mövcuddur. Qaz, işıq, su və internet daimidir. Həyətdə əlavə sanitar qovşaq var. Evin və torpağın sənədi Çıxarışdır. Ev ipotekaya yararlıdır.