
Bakı3
Satış meneceri
Satış meneceri
1 250 ₼
Kontrol edildi1 ay önce
Açıklama
Crea Business Solutions & Consulting
Restoran, otel və mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış və istehsalat ERP (Korporativ Resurs Planlama) sistemlərinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız gənc və pozitiv komandamıza yeni üzvlər dəvət edir.
Biz — hər gün böyüyən və inkişaf edən dinamik bir komandayıq. Passiv gözləməyi sevməyən, aktiv, enerjili və real inkişaf imkanları axtaran satış meneceri axtarırıq. Əgər yeni biliklər, canlı iş mühiti və real motivasiya istəyirsənsə — doğru yerdəsən!
Biz nə təklif edirik
Gənc, motivasiyalı və peşəkar komanda
Məhsullar, satış texnikaları və danışıqlar üzrə təlimlər
Dəyişkən iş qrafiki — ofisdə minimum vaxt, sahədə maksimum aktivlik
Sabit əməkhaqqı + satışdan bonus/faiz
Sürətlə inkişaf edən şirkətdə real karyera yüksəlişi imkanları
İş şərtləri
İş vaxtı: həftədə 6 gün
Bazar ertəsi – Cümə: 10:00 – 19:00
Şənbə: 09:00 – 13:00
İstirahət günü: Bazar
Nahar fasiləsi: 13:00 – 14:00
Nəqliyyat xərcləri (şəxsi avtomobili olan əməkdaşlara yanacaq xərci), korporativ nömrə və telefon xərcləri şirkət tərəfindən qarşılanır
Niyə məhz biz?
Bizdə hər şey realdır: praktik təcrübə, güclü mentor dəstəyi, peşəkar komanda və özünü göstərmək üçün geniş imkanlar. Dinamik və inkişaf yönümlü iş axtarırsansa — komandamıza qoşul!
Veb: www.crea.az
Ünvan: Əliəşrəf Əlizadə 790/8, Nərimanov rayonu, Bakı, Azərbaycan
Müştəri obyektlərinə səfərlər etmək, görüşlər keçirmək
Məhsul təqdimatları və məsləhətləndirmə aparmaq
Aktiv satış prosesini idarə etmək və müştərini bütün mərhələlərdə müşayiət etmək
Fərdi kommersiya təklifləri hazırlamaq
Komanda ilə əməkdaşlıq etmək, ideyalar paylaşmaq və peşəkar inkişafda iştirak etmək.
Əmək haqqı: 650-1250 AZN
REKLAM











