Prayk

Satış meneceri

700 ₼
Kontrol edildi6 gün önce
Şehir
Bakı
Kategori
Satış
Tarih
Görüntülenme
8
Numara
№3889053

Açıklama

Öhdəliklər Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının genişləndirilməsi Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun həllərin təklif edilməsi Şirkətin məhsul və xidmətlərini korporativ müştərilərə təqdim etmək Satış təqdimatları, görüşlər, təqdimatların hazırlanması və keçirilməsi Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması Bazar trendlərini izləmək Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək Satış fəaliyyətləri barədə gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək Brend standartlarına uyğun təqdimat və davranış Şirkəti tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək Tələblər Təcrübə: Satış üzrə minimum 2 il (Korporativ satış sahəsində minimum 1 il olmaqla) Dil bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), ingilis dili və rus dili (orta səviyyədə şifahi və yazılı) arzu olunandır Ünsiyyət bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı, etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı. Biz nə təklif edirik? Əmək haqqı: 700-850 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı satış bonusları + performans əsaslı KPI bonusları; Korporativ nömrə və noutbuk 5 günlük iş həftəsi CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur. Öz tərcümeyi-halında satış sahəsində təcrübə və dil bilikləri üzrə tələbləri qarşılayan namizədlərə geridönüş ediləcək. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/196855/satis-meneceri
REKLAM