
10
Satış meneceri

Anlaşmalı
Satış meneceri
OrijinalBugün
Tarih
Görüntülenme10
Numara№5762334
Açıklama
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi məqsədilə təcrübəli Satış Meneceri axtarır.
Əsas vəzifə və öhdəliklər
Yeni korporativ müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi və cəlb olunması;
İstehsalat, sənaye və digər biznes sektorlarında fəaliyyət göstərən şirkətlərlə işgüzar əlaqələrin qurulması;
Mövcud müştəri portfelinin idarə edilməsi və inkişaf etdirilməsi;
Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsul təkliflərinin hazırlanması;
Məhsul və xidmətlər üzrə təqdimatların, kommersiya təkliflərinin hazırlanması;
Müştərilərlə görüşlərin, danışıqların və satış prosesinin aparılması;
Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin aidiyyəti bölmələrlə koordinasiyası;
Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi;
Bazarın, rəqiblərin və müştəri tələbatının araşdırılması;
Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
Satış fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması.
Namizədə tələblər
Satış sahəsində minimum 3 il iş təcrübəsi;
B2B və korporativ satış sahəsində təcrübə;
İstehsalat, sənaye, topdansatış və ya distribusiya sektorunda iş təcrübəsinə üstünlük verilir;
İstehsalat, tikinti müəssisələri və xidmət sahəsində fəaliyyət göstərən müştərilərlə mövcud işgüzar əlaqələrinin olması üstünlükdür;
Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
Aktiv satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə edilməsi bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək ünsiyyət bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Peşəkar inkişaf və karyera imkanları;
Stabil və inkişaf edən istehsalat müəssisəsində çalışma imkanı;
Müştəri portfelinin genişləndirilməsi və satış nəticələrinə uyğun gəlir əldə etmək imkanı;
Peşəkar və dəstəkləyici iş mühiti.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər
Son müraciət tarixi: 09.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Business Service Centre LTD jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM














