Prayk
Satış meneceri (Aktiv B2B və B2C Satış) — Satış
Anlaşmalı

Satış meneceri (Aktiv B2B və B2C Satış)

Kontrol edildiDün
Kategori
Satış
Tarih
Görüntülenme
7
Numara
№5315964

Açıklama

Yeni müştərilərin aktiv axtarışı, telefon zəngləri, birbaşa əlaqələr və işgüzar görüşlər vasitəsilə satış həyata keçirəcək, satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər müstəqil idarə edə bilən təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarılır. Vəzifə öhdəlikləri: Potensial korporativ və fərdi müştəriləri araşdırmaq, yeni satış imkanları yaratmaq; Soyuq zənglər, işgüzar yazışmalar və birbaşa görüşlər vasitəsilə aktiv müştəri cəlbi həyata keçirmək; Korporativ müştərilərin qərarverici şəxsləri ilə əlaqələr qurmaq və görüşlər təşkil etmək; Müştəri ehtiyaclarını müəyyənləşdirmək, uyğun xidmətləri təqdim etmək və kommersiya təklifləri hazırlamaq; Satış danışıqlarını aparmaq, etirazlarla işləmək və müqavilələrin bağlanmasını təmin etmək; Potensial müştərilərlə mütəmadi təkrar əlaqə (follow-up) saxlamaq; Mövcud müştərilər üzrə əlavə və təkrar satış imkanları yaratmaq; Satış fəaliyyətini CRM sistemində qeyd etmək, gündəlik fəaliyyət planına və aylıq satış hədəflərinə uyğun işləmək. Namizədə tələblər: Aktiv satış, B2B, B2C və ya telesatış sahəsində uğurlu iş təcrübəsi; Yeni müştəriləri müstəqil araşdırmaq və cəlb etmək bacarığı; Soyuq zənglər və birbaşa satış görüşləri keçirməyə hazırlıq; Azərbaycan dilində səlis nitq və peşəkar yazışma bacarığı; Güclü kommunikasiya, təqdimat, inandırma və danışıqlar aparmaq bacarığı; Müştəri etirazlarını idarə etmək və satışı uğurla yekunlaşdırmaq qabiliyyəti; Təşəbbüskar, intizamlı, məsuliyyətli və nəticəyönümlü yanaşma; Gündəlik aktiv satış fəaliyyəti və aylıq satış hədəfləri ilə işləmək bacarığı. Xidmət və təlim sahəsində satış təcrübəsi üstünlükdür. Əməkhaqqı: Sabit əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus. CV-lərinizi 077 319 31 36 nömrəsinə göndərə bilərsiniz. Son müraciət tarixi: 29.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© HRENGINEERING MMC jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp