Satış etməkdən daha böyük məqsədiniz varsa, oxumağa davam edin.
MIRAN VOSS komandası böyüyür. Biz sadəcə Satış Meneceri axtarmırıq - gələcəkdə Satış Şöbəsinə rəhbərlik edə biləcək şəxsi komandamıza dəvət edirik.
Əgər satışda özünüzü sınamaqla kifayətlənmək yox, peşəkarlaşmaq, gəlirinizi artırmaq və karyeranızı qurmaq istəyirsinizsə, bu imkan sizin üçün ola bilər.
SİZİ NƏ GÖZLƏYİR?
Sabit aylıq əməkhaqqı
Hər satışdan əlavə 1% gəlir - buda sizə qazancınızın özinizdən aslı olmasına böyük imkanlar yaradır.
Karyera yüksəlişi - Satış Meneceri → Senior Menecer → Satış Şöbəsinin Rəhbəri
Satış, müştəri psixologiyası və kommunikasiya üzrə sistemli təlim ( bu telim sizə gələcəkdə yeni fürsətlər yaradacag və şəxsi inkişafınız üçün öz töfhəsini verecək.
Peşəkar, Mehriban və inkişaf yönümlü komanda
Rahat və əlverişli lokasiya
Şəxsi və peşəkar inkişaf üçün real imkan
Biz sizdən sadəcə məhsulu təqdim etməyinizi gözləmirik.
Sizə düzgün sual verməyi, müştərinin real ehtiyacını müəyyənləşdirməyi, etirazların səbəbini anlamağı, düzgün kommunikasiya qurmağı və satışı sistemli şəkildə idarə etməyi öyrədəcəyik.
Çünki bizim üçün əsl satış - məhsulu tərifləmək deyil.
Biz vitrindəki ayaqqabını sadəcə qutudan çıxarıb təqdim edən yox, müştərinin həyat tərzini, onun ehtiyacını müəyyən edə biləcək birini axtarırıq.
Bizə müştərinin hər «yox» və ya tərəddüdünün arxasında gizlənən real narahatlığı eşidən, süni skriptlərlə yox, səmimi dialoq və peşəkar baxışla doğru həlli təklif edən komanda yoldaşı lazımdır.
KİMİ AXTARIRIQ?
Əgər siz:
İnsanlarla ünsiyyəti sevirsinizsə
Satış nəticəsi sizi motivasiya edirsə
Öyrənməyə və inkişaf etməyə açıqsınızsa
Məsuliyyət götürməkdən çəkinmirsinizsə
Gələcəkdə komanda idarə etmək istəyirsinizsə
sizin üçün burada sadəcə iş yeri yox, karyera yolu var.
MIRAN VOSS-da məqsədimiz sizdən yalnız bu günün satış menecerini yaratmaq deyil.
Sabahın satış liderini yetişdirməkdir.
CV-nizi Wp göndərin və ya bir başa zəng edin. Bəlkə də axtardığımız növbəti satış lideri sizsiniz.