Təsvir
"ATS Soy processing MMC"-nin Xırdalan şəhərində yerləşən müəssisəsi üçün şirkət məhsullarının satış strategiyasının uğurla icrasını təmin edəcək, müştəri bazasını fəal şəkildə genişləndirəcək və mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirəcək təcrübəli Satış üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə kommersiya danışıqlarının aparılması, sifarişlərin və müqavilələrin idarə olunması, debitor borclarına nəzarət edilməsi, bazar tendensiyalarının təhlili, eləcə də zərurət yaranqda regionlara ezamiyyətlərin həyata keçirilməsini əhatə edir.
Tələblər:
Əsas Öhdəliklər
Şirkətin məhsulları üzrə satış fəaliyyətini həyata keçirmək və təyin olunmuş satış planlarının uğurla icrasını təmin etmək;Yeni müştərilər axtarmaq, potensial müştəriləri cəlb etmək və şirkətin müştəri bazasını mütəmadi olaraq genişləndirmək;Mövcud müştərilərlə əlaqələri qorumaq, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək;Müştərilərlə birbaşa görüşlər keçirmək, məhsulların təqdimatını aparmaq və sərfəli kommersiya danışıqları təşkil etmək;Müştərilərin tələbatına uyğun qiymət təklifləri hazırlamaq və daxil olan sifarişləri operativ qaydada qəbul etmək;Satış müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və icra prosesini tam əlaqələndirmək;Məhsulların müştərilərə vaxtında və keyfiyyətlə çatdırılması üçün aidiyyəti struktur bölmələrlə sıx əməkdaşlıq etmək;Bazar qiymətlərini, rəqiblərin fəaliyyətini və müştəri tələbatını mütəmadi izləmək və təhlil etmək;Müştərilərin ödənişlərini izləmək və debitor borclarının vaxtında yığılmasını təmin etmək istiqamətində zəruri tədbirlər görmək;Satış nəticələri, görülən işlər və müştəri münasibətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;Rəhbərlik tərəfindən verilən digər ticarət əməliyyatları, satınalma və müvafiq iş tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair Tələblər
Təhsil: Kommersiya, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil;Təcrübə: Satış sahəsində minimum 2 il iş təcrübəsi;Peşəkar və Texniki Biliklər:Yüksək səviyyədə ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;Analitik düşüncə, detallara diqqət və dəqiq işləmək qabiliyyəti;Müştərilərlə işləmək və satış proseslərini tam idarə etmək bacarığı;MS Office proqramlarında, həmçinin 1C və ya SAP proqramlarında sərbəst işləmək bacarığı;Dil Bilikləri: Azərbaycan dili – sərbəst; Rus və İngilis dili bilikləri üstünlükdür;Şəxsi Keyfiyyətlər və Digər Şərtlər: Nəticəyönümlülük, məsuliyyətlilik. Xırdalan ofisində fəaliyyət göstərməklə yanaşı, regionlara iş səfərlərinə (ezamiyyətlərə) hazır olmaq.
Vakansiya növü: Tam ştat
Şirkət: Agrotrade Supply MMC
Yer: Xırdalan, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/agrotradesupply/agrotradesupply-satis-uzre-mutexessis-80086688/apply