Prayk
Satışa Dəstək bölmə müdiri — Satış, Bakı
Anlaşmalı

Satışa Dəstək bölmə müdiri

Kontrol edildiBugün
Şehir
Bakı
Kategori
Satış
Tarih
Görüntülenme
6
Numara
№4839960

Açıklama

Satış dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək standartlarını təmin etmək;Müştəri sifarişlərinin vaxtında və effektiv icrası üçün İnventar və Logistika strukturları ilə koordinasiyanı təmin etmək;Mürəkkəb müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə metodoloji dəstək göstərmək;Satış dəstəyi proseslərinin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək;Komandanın fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini təşkil etmək;Müştəri məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün aparılmasını və yenilənməsini təmin etmək;Satış göstəriciləri üzrə hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;Satış strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;Satış strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək;Mağazaların maddi vəsait ehtiyaclarını müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq;Marketinq kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və rəyləri ilə dəstək göstərmək;Satış dəstəyi fəaliyyətlərinin daxili prosedurlara və şirkət siyasətlərinə uyğunluğunu təmin etmək. İş qrafiki: 5 günlük09:00-18:00 Tələblər: Təhsil:Biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.Təcrübə:Pərakəndə satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4 il iş təcrübəsi;İdarəetmə sahəsində təcrübə.Peşəkar bilik və bacarıqlar:CRM alətləri və POS sistemləri üzrə qabaqcıl biliklər;Satış göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması bacarığı;Pərakəndə satış bazarının tendensiyaları və istehlakçı davranışları üzrə biliklər;Əməkdaşların təlimi, inkişafı və mentorluğu üzrə təcrübə.Şəxsi keyfiyyətlər:Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;Dəyişən prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: OBA Market MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-satisa-destek-bolme-mudiri-54711277/apply
REKLAM