
Bakı5
Şef-Aşpaz
Şef-Aşpaz
2 500 ₼
Kontrol edildiBugün
ŞehirBakı
Tarih
Görüntülenme5
Numara№5591694
Açıklama
ISUR MMC Vakansiya: Şef-aşpaz (Executive Chef)Restoran Konsepti: Premium seqment, sırf qastronomiya və rahatlıq fokuslu 200 nəfərlik qonaq tutumu.İşin Təsviri:Yeni açılacaq premium restoran üçün milli mətbəxin zəngin ənənələrini mükəmməl bilən və eyni zamanda Avropa mətbəxinin müasir təqdimat texnikalarına hakim olan, yaradıcı və idarəçi Şef-aşpaz axtarırıq. Şef-aşpaz mətbəxin tam idarə olunmasına, menyunun lüks standartlara uyğun formalaşdırılmasına və komandanın qurulmasına birbaşa cavabdeh olacaq.Əsas Öhdəliklər:Milli və qismən Avropa mətbəxi elementlərini birləşdirən eksklüziv menyunun (A la Carte) və VIP qonaqlar üçün xüsusi təqdimatların hazırlanması;Yeməklərin lüks restoran standartlarına uyğun vizual estetikada, dad balansında və eyni keyfiyyət sabitliyində çıxmasının təmin edilməsi;Yeməklərin maya dəyərinin (food cost) dəqiq hesablanması və kalkulyasiya kartlarının tərtib edilməsi;Mətbəxin xətt aşpazları və köməkçi heyətinin (Sous Chef, qəssab, soyuq/isti sex aşpazları və s.) seçilməsi və peşəkar komandanın formalaşdırılması;Anbar idarəetmə proqramları vasitəsilə tədarükün, xammalın keyfiyyətinin və qalıqların nizamlı idarə olunması;Mətbəx daxilində tam sanitar-gigiyenik (HACCP) və daxili nizam-intizam qaydalarına ciddi nəzarət edilməsi.Tələblər:Premium və ya lüks seqment restoranlarda Şef-aşpaz və ya Su-şef (Sous Chef) olaraq minimum 5 il iş təcrübəsi;Milli mətbəxin incəliklərinə və ət məhsulları ilə işləmə (xüsusilə quru yetkinləşdirmə/dry-aged və xüsusi kəsimlər) texnikalarına dərindən bələd olmaq;Avropa mətbəxinin müasir yemək bişirmə və kreativ boşqab tərtibatı trendlərini tətbiq edə bilmək;Maliyyə intizamı, menyu mühəndisliyi və xidmət sürətinin optimallaşdırılması bacarığı;Liderlik, stressə davamlılıq və güclü komanda idarəetmə qabiliyyəti.İş Şəraiti və Təminatlar:Rəsmi əmək müqaviləsi;Müasir avadanlıqlarla təchiz olunmuş, yeni təmirli və rahat iş mühiti;Restoranın uğurlu maliyyə göstəricilərinə əsasən bonus sisteminin tətbiqi.Maraqlanan namizədlərdən öz portfoliosunu (hazırladıqları yeməklərin vizual nümunələrini) və CV-lərini mövzu hissəsində "Şef-aşpaz" qeyd edərək E-mail ünvanı vasitəsilə bizə göndərmələri xahiş olunur.
REKLAM



