Prayk

Sətəm departamentinin rəhbəri

Anlaşmalı
Kontrol edildi2 hafta önce
Şehir
Bakı
Tarih
Görüntülenme
2
Numara
№2957857

Açıklama

İş barədə məlumat Vəzifə və öhdəliklər: - Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi; - OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirilməsinin təmini; - SƏTƏM qaydaları ilə əlaqədar qanunvericilik və standartların tələblərini təşkil etmək, tətbiqinə nəzarət etmək; - Bütün işçilərin, podratçıların və qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi; - SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi; - Zavodda SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, əlaqədar sənədlərin hazırlanması və əlaqəli dövlət qurumları ilə əməkdaşlıq; qəza ehtimalı/risk/müşahidə hesabatları; - Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatın hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənməsi; - İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi; - Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək. Fövqəladə hallar ilə əlaqədar təlim təşkil etmək; - Gündəlik yoxlamalarına aparılmasına nəzarət; - Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılması; - Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi; - Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini; - Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət; - Zavodun fəaliyyəti nəticəsində meydana çıxan atmosfer tullantılarının Azərbaycanın ekoloji norma və standartlarına uyğun izlənilməsi; - Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması. - İş şəraiti: nahar, xüsusi geyim şirkət tərəfindən qarşılanır. - İş saatı: 08:00-dan 17:00-dək - İstirahətgünləri: Bazar günü - Qeyd: Sahil qəsəbəsi, Lökbatan, Sənqəçal, Ümüd, Qobustan , Ələt qəsəbə sakinlərinə üstünlük verilir. Namizədə tələblər - Əməyin mühafizəsi və ya buna bənzər sahədən ali bakalavr təhsili; - Əlaqəli sahə üzrə ən azı 1-3 il iş təcrübəsi; - Müştəriyönümlülük; - Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma; - Davamlı inkişaf; - Bütövlük; - Əməyin Mühafizəsi ilə əlaqədar Yerli qanunvericiliyin tələbləri; - İSO 45001; İSO 9001; standartlarının tələblər; - Ətraf Mühit və Ekologiya ilə əlaqədar qaydalar; - Sanitariya və Gigiyena qaydaları. Yuxarıda qeyd etdiyim gözləntimizə uyğun namizədlərdən mövzu yerində "Sətəm departamentinin rəhbəri" qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. Şəhər: Bakı Yaş: 30 - 45 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əlaqədar şəxs: Məryəm x. Əmək haqqı: 1000 AZN
REKLAM