№5669733·Görüntülenme: 25
Əsas vəzifə öhdəlikləri:
Layihə sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət;
İş sahələrində risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılması və fərdi mühafizə vasitələrindən istifadəyə nəzarət;
SƏTƏM üzrə müvafiq sənədləşmənin və hesabatların aparılması;
Təhlükəsizlik qaydalarının pozulması hallarının aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin təşkili.
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
Tikinti və montaj layihələrində iş təcrübəsinə üstünlük verilir;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə qanunvericilik və normativ tələblərə dair biliklər;
Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı;
SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması,
İş yeri: Əsasən şirkətin layihələrinin həyata keçirildiyi ərazilər.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq qarşılıqlı razılıq əsasında müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
© CONNEX · busy.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.