
Sətəm üzrə aparıcı mütəxəssis (Sabirabad Regional İFT ofisi)

Anlaşmalı
Sətəm üzrə aparıcı mütəxəssis (Sabirabad Regional İFT ofisi)
Kontrol edildi3 hafta önce
ŞehirSabirabad
Tarih
Görüntülenme59
Numara№4895859
Açıklama
Şirkətin fəaliyyət göstərdiyi regionlarda əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühit və yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin, korporativ standartların və daxili prosedurların tətbiqini təmin etmək;SƏTƏM üzrə daxili audit və yoxlamalar həyata keçirmək;Aşkarlanmış uyğunsuzluqlar üzrə tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;Podratçı təşkilatların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etmək;Risk qiymətləndirmələrinin hazırlanmasını, yenilənməsini və tətbiqini təşkil etmək;Təhlükəli işlərin icrası zamanı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək;Qəza, hadisə və "near miss" hallarının araşdırılmasında iştirak etmək;Kök səbəb analizlərinin aparılmasını koordinasiya etmək və profilaktik tədbirlərin icrasına nəzarət etmək;İşçilər üçün SƏTƏM üzrə təlimlərin və təlimatlandırmaların keçirilməsini təşkil etmək;Təhlükəsizlik mədəniyyətinin inkişafına yönəlmiş tədbirlər həyata keçirmək;Dövlət qurumları və auditlər üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək.
Tələblər:
Ali təhsil (Mühəndislik, Texniki, Ekologiya, Əməyin mühafizəsi və ya digər uyğun ixtisaslar üzrə);SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;ISO 45001 və ISO 14001 standartları üzrə iş təcrübəsi, Əməyin mühafizəsi üzrə yerli peşəkar sertifikatlar;MS Office proqramları üzrə yaxşı biliklər;Komanda idarəetməsi və koordinasiya bacarıqları.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Prime Cotton
Yer: Sabirabad, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-setem-uzre-aparici-mutexessis-sabirabad-regional-ift-ofisi-49263832/apply
REKLAM












