
8
Şəxsi Sürücü (Rəhbərlik üçün)
Şəxsi Sürücü (Rəhbərlik üçün)
700 ₼
Kontrol edildi1 hafta önce
Tarih
Görüntülenme8
Numara№4884234
Açıklama
İş şəraiti
İşəgötürən: PulsMed MMC
İş yeri: Bakı, Yasamal rayonu
İş rejimi: 6 günlük (09:00–18:00)
Əmək haqqı: 700 Azn
Vəzifə öhdəlikləri
Şirkət tərəfindən təhkim olunmuş minik avtomobilini idarə etmək;
Rəhbərliyin gündəlik iş cədvəlinə və tapşırıqlarına əsasən ünvanlara vaxtında çatmanı təşkil etmək;
Səfərlər zamanı punktuallığa, etik davraniş qaydalarına və mütləq konfidensiallığa (məxfiliyə) riayət etmək;
Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.);
Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq;
Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Tələblər
Yaş həddi: 30 - 45
İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi;
Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir;
Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı;
Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək;
Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq;
Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır);
Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı;
Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı;
Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Şəxsi Sürücü” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq. CV müraciəti zamanı elanda qeyd edilən əməkhaqqının və iş saatlarının sizin gözləntilərinizə uyğunluğundan əmin olmağınız xahiş olunur.
Maaş: 700 AZN
Son müraciət tarixi: 20.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Pulsmed jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM









