Biznesin İnkişafı (Satış üzrə Menecer)
Şirkətimiz satış komandasını genişləndirmək məqsədilə, iddialı və nəticəyönümlü Satış Meneceri axtarışındadır.
Gələcəkdə komandamızın strateji partnyoruna çevriləcək dinamik namizədləri dəvət edirik.
Vəzifə Öhdəlikləri:
Portfel İdarəçiliyi: Şirkətin məhsul və xidmətlərinin peşəkar təqdimatını həyata keçirmək və satış hədəflərini reallaşdırmaq.
Müştəri Münasibətləri (CRM): Mövcud müştərilərlə uzunmüddətli və etibarlı əməkdaşlıq əlaqələri qurmaq.
Biznesin İnkişafı: Yeni bazar imkanlarını araşdırmaq, potensial müştəri və strateji biznes partnyorlarını şəbəkəyə cəlb etmək.
Namizədə dair Tələblər:
Kommunikasiya Bacarıqları: Yüksək səviyyədə ünsiyyət qurma və inandırma qabiliyyəti.
Analitik Yanaşma: Satış sahəsinə və bazar trendlərinə dərin maraq.
İnkişaf Yönümlülük: Öyrənməyə həvəsli və yeniliklərə açıq olmaq (təcrübənin olması arzuolunandır, lakin mütləq deyil – daxili təlimlər keçirilir).
Təhsil: Ali və ya natamam ali təhsil (biznes idarəçiliyi və ya oxşar sahələr üstünlükdür).
Fəaliyyət sahəsi: Marketinq, reklam, PR
İxtisas: SMM menecer
Şirkət növü: Birbaşa işəgötürən
İş qrafiki: Tam
İş təcrübəsi: 1 ildən aşağı
Təhsil: Ali
İş yerinin ünvanı: Nəsimi r.