
Bakı1
SMM & Satış Təmsilçisi
SMM & Satış Təmsilçisi
2 000 ₼
Kontrol edildiBugün
ŞehirBakı
Tarih
Görüntülenme1
Numara№4446421
Açıklama
LEGNO şirkəti komandasına satış yönümlü, kreativ və təqdimat bacarığı yüksək olan SMM & Brend Təmsilçisi axtarır!
Biz sadəcə sosial media səhifələrini idarə edən deyil, brendimizi auditoriyaya sevdirən, məhsullarımızı peşəkar şəkildə təqdim edən və sosial media fəaliyyətini real satış nəticələrinə çevirə bilən komanda üzvü axtarırıq.
Biz nə təklif edirik?
Premium mebel və interyer layihələri üzərində işləmək imkanı;
Kreativ ideyaları reallaşdırmaq üçün peşəkar iş mühiti;
Brendin inkişafında birbaşa iştirak;
Karyera və peşəkar inkişaf perspektivi;
Rəqabətədavamlı əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi.
Bizim üçün əsas göstərici izləyici sayı deyil, yaradılan marağın real müştəri müraciətlərinə və satışlara çevrilməsidir.
Müraciət üçün: CV-nizi, portfolionuzu və kamera qarşısında təqdimat nümunələrinizi bizə göndərin.
Tələblər:
SMM, rəqəmsal marketinq və ya kontent yaradılması sahəsində minimum 3 il təcrübə;
Satış və marketinq düşüncəsinin yüksək olması;
Kamera qarşısında sərbəst, enerjili və özünəinamlı çıxış bacarığı;
Güclü nitq qabiliyyəti, düzgün diksiya və təqdimat mədəniyyəti;
Kreativ düşüncə və fərqli kontent ideyaları yaratmaq bacarığı;
Premium brendlərin kommunikasiya üslubunu anlamaq;
Instagram və TikTok alqoritmləri, reklam və kontent trendləri haqqında biliklər;
Məhsulun üstünlüklərini müştəri üçün dəyərə və satış arqumentinə çevirmək bacarığı;
Mebel, memarlıq, interyer dizaynı və lüks seqmentə maraq;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma.
Üstünlük veriləcək bacarıqlar
Daha əvvəl brend siması və ya videoaparıcı kimi fəaliyyət;
Meta Ads reklam kampaniyaları ilə iş təcrübəsi;
Satış yönümlü video ssenarilərinin hazırlanması;
Premium məhsul və xidmətlərin marketinqi üzrə təcrübə;
İngilis və ya rus dili biliyi.
Vəzifə öhdəlikləri:
Şirkətin sosial media strategiyasını satış hədəflərinə uyğun qurmaq və həyata keçirmək;
LEGNO brendinin sosial mediada əsas simalarından biri kimi çıxış etmək;
Kamera qarşısında məhsul, layihə və xidmətlərimizi peşəkar, inandırıcı və maraqlı formada təqdim etmək;
Instagram, TikTok və digər platformalar üçün kreativ Reels, video və reklam konseptləri hazırlamaq;
Mebel və interyer layihələrinin təqdimatlarını təşkil etmək, çəkilişlərdə aktiv iştirak etmək;
Potensial müştərilərin diqqətini cəlb edən və satış müraciətlərini artıran kontent hazırlamaq;
Reklam kampaniyaları üçün kreativ ideyalar, ssenarilər və satış mesajları hazırlamaq;
Satış komandası ilə koordinasiyalı işləyərək müraciətlərin keyfiyyətini və sayını artırmaq;
Sosial media fəaliyyətinin nəticələrini analiz etmək və inkişaf təklifləri vermək.
Maaş: 2000-5500 AZN
Yaş: 25-45
Təhsil: Natamam ali
İş təcrübəsi: 5 ildən artıq
İlanın kaynağı
Orijinal ilanı aç© Legno Dizayn boss.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM













