
Bakı4
SMM və Target Mütəxəsisi
SMM və Target Mütəxəsisi
Anlaşmalı
Kontrol edildi2 gün önce
ŞehirBakı
Tarih
Görüntülenme4
Numara№4855770
Açıklama
Vəzifə öhdəlikləri
Şirkətin Instagram və digər sosial media hesablarının idarə olunması;
Aylıq kontent planının hazırlanması və paylaşım qrafikinin təşkili;
Post, Reels və Stories formatlarında kontent ideyalarının hazırlanması;
Tur paketləri, aviabiletlər, otellər və digər turizm xidmətləri üzrə reklam məzmununun yaradılması;
Mətnlərin (copywriting) hazırlanması və vizual kontentin tərtib edilməsi;
Canva və CapCut kimi proqramlardan istifadə etməklə vizualların və qısa videoların hazırlanması;
Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarının qurulması və idarə olunması;
Hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi və auditoriyaların seqmentləşdirilməsi;
Reklam büdcəsinin planlaşdırılması, kampaniyaların optimallaşdırılması və nəticələrin təhlili;
Sosial media hesablarının inkişafı, müraciətlərin və potensial müştərilərin sayının artırılması;
Görülən işlər və reklam nəticələri üzrə hesabatların hazırlanması.
Namizədə tələblər
SMM sahəsində minimum 2-3 il iş təcrübəsi;
Meta Ads Manager üzrə praktiki bilik və təcrübə;
Facebook və Instagram üçün reklam kampaniyalarını müstəqil qurmaq və idarə etmək bacarığı;
Target auditoriyasının seçilməsi, reklam büdcəsinin idarə edilməsi və kampaniya nəticələrinin təhlili bacarığı;
Canva və CapCut proqramları ilə işləmək bacarığı;
Kontent strategiyası hazırlamaq, yaradıcı ideyalar irəli sürmək və sosial media trendlərini izləmək;
Azərbaycan dilində düzgün və cəlbedici mətnlər hazırlamaq bacarığı;
Məsuliyyətlilik, yaradıcılıq və nəticəyönümlülük.
Üstünlük veriləcək
Turizm və ya səyahət şirkətləri ilə iş təcrübəsi;
Əvvəlki layihələr üzrə portfolio və reklam kampaniyalarının nəticələrini təqdim etmək bacarığı;
Reklam vasitəsilə real müraciətlərin və satışların artırılması üzrə təcrübə.
İş şərtləri
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşdırılacaq.
İş qrafiki müsahibə zamanı müzakirə olunacaq.
CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199700/smm-ve-target-mutexesisi
REKLAM







