
18
Sürücü – Təmizlik və təsərrüfat işləri üzrə əməkdaş

Anlaşmalı
Sürücü – Təmizlik və təsərrüfat işləri üzrə əməkdaş
Kontrol edildiBugün
Tarih
Görüntülenme18
Numara№6276202
Açıklama
*SANİDEZ MMC* 10 ildən artıqdır ki, Azərbaycanda peşəkar təmizlik, dezinfeksiya, dezinseksiya, deratizasiya və sanitariya xidmətləri sahəsində fəaliyyət göstərir.
Şirkətimiz klinikalar, xəstəxanalar, ofislər, biznes mərkəzləri, yaşayış kompleksləri, sənaye müəssisələri və digər obyektlərə kompleks təmizlik və sanitariya xidmətləri təqdim edir.
Fəaliyyətimizin genişləndirilməsi ilə əlaqədar komandamıza təmizlik sahəsində təcrübəli, avtomobil idarə etməyi bacaran, məsuliyyətli və işgüzar əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Təmizlik briqadalarının obyektlərə çatdırılması və işlərin koordinasiyasında iştirak etmək;
Təmizlik avadanlıqlarının, kimyəvi vasitələrin və digər materialların daşınmasını təmin etmək;
Obyektlərdə təmizlik işlərinin təşkilinə və icrasına kömək etmək;
Peşəkar təmizlik avadanlıqları və vasitələri ilə işləmək;
Gündəlik verilən təsərrüfat və texniki tapşırıqları yerinə yetirmək;
Şirkətə məxsus avtomobilin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək;
İşlərin vaxtında və keyfiyyətlə tamamlanmasına dəstək vermək.
Namizədə tələblər
Təmizlik şirkətində minimum 5 il iş təcrübəsi (mütləqdir);
B və C kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir);
Avtomobili sərbəst və təhlükəsiz idarə etmək bacarığı;
Peşəkar təmizlik avadanlıqları, kimyəvi vasitələr və iş prinsipləri haqqında bilik;
Təmizlik və təsərrüfat işlərində praktiki təcrübə;
Fiziki işlərdə çalışmaq bacarığı;
Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
Məsuliyyətli, intizamlı, dürüst və punktual olmaq.
Üstünlük veriləcək:
Təmizlik briqadasının idarə olunması təcrübəsi;
Fasad, şüşə və dərin təmizlik işlərində təcrübə;
Təmizlik avadanlıqlarının texniki baxımını bacarmaq.
İş şəraiti
İş yeri: Bakı şəhəri və xidmət göstərilən obyektlər
Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı.
Tələblərə uyğun namizədlər öz CV-lərini və ya iş təcrübələri haqqında məlumatlarını əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə - 050 788 88 16
Mövzu: Sürücü – Təmizlik və təsərrüfat işləri üzrə əməkdaş
Qeyd: Təmizlik şirkətində minimum 5 il iş təcrübəsi və B, C kateqoriyalı sürücülük vəsiqəsi olmayan namizədlərin müraciətləri nəzərdən keçirilməyəcək.
Son müraciət tarixi: 22.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Sanidez jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM












