Polarizasiyalı (anti-parlaq) təsirli günəş eynəkləri parlaq günəşli gündə rahat maşın idarə etmək üçün zəruridir. HD-Vision eynəkləri: Göz sinirlərindəki gərginliyi azaltmağa kömək edir Gözləri günəşin ultrabənövşəyi təsirindən qoruyur Parlaqlığı azaldır və nəticədə görünüşü yaxşılaşdırır Təbii rəng ötürməsini saxlayır Polarizasiyalı eynəklər sayəsində göz parlaq işıqda, şüşədən, yaş yoldan gələn parıltıları və qismən də faraların işığını asanlıqla fərq edə bilər. Bundan əlavə, sübut olunub ki, polarizasiyalı eynəklər sürücünün reaksiya qabiliyyətini artırır. Bununla belə, gecə vaxtı belə eynəklərin istifadəsi tövsiyə edilmir: lenslər qarşıdakı işığın kor edici təsirini azaltmağa qadir olsa da, eyni zamanda görüntünün parlaqlığını da azaldır və hər hansı detalların görünməsi çətinləşir. Gecə vaxtı istifadə üçün internet mağazamızda sarı linzalı polarizasiyalı eynəklər mövcuddur. Qəza durumunda yaranan travma təhlükəsi ilə əlaqədar olaraq, şüşə linzalardan imtina etmək və anti-parlaq polimer linzalı eynəkləri seçmək lazımdır.
© birmarket.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.