Məhsul təsviriBu dekorativ dibçək MDF (taxta əsaslı panel) materialından xüsusi lazer kəsim texnologiyası ilə hazırlanmış modern və zərif ornament dizaynı ilə seçilir. Arxa hissəsindəki dekorativ screen paneli həm məkanlarda estetik görüntü yaradır, həm də bitkilərin fonunu vurğulayaraq daha harmonik vizual effekt təmin edir.
Dibcək və screen hissələri yüksək keyfiyyətli avtomobil boyası ilə rənglənir və üzərinə qoruyucu lak təbəqəsi çəkilir. Bu sayədə məhsul uzun müddət rəngini itirmir, su və nəm təsirinə qarşı daha dözümlü olur, həm daxili, həm də qapalı açıq məkanlarda rahatlıqla istifadə edilə bilir.
✔️ MDF material – hamar səth, dəqiq naxış
✔️ Lazer kəsim ornament – premium dekor effekti
✔️ Avtomobil boyası + lak – solmayan və keyfiyyətli örtük
✔️ Daxili və yarı-açıq məkanlar üçün ideal
✔️ Modern interyer və eksteryer dekorasiyası üçün mükəmməl seçim
✔️ Sanseveriya, difenbaxiya, monsterra və digər bitkilər üçün uyğundur
🌿 İstifadə sahələri:• Ev interyeri (koridor, salon, giriş hissəsi)
• Restoran, otel, kafe dizaynı
• Ofis və iş mühitləri
• Balkon və teras (qapalı və yağış almayan hissələr)
• Foto zonalar və dekorativ dizayn layihələri
© gullerim.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.