Bu həsir səbətləri evdə, xüsusilə hamam, rəf və masa üstündə müxtəlif xırda əşyaları, salfetləri, qulluq məhsullarını səliqəli şəkildə saxlamaq üçün nəzərdə tutulub. Keyfiyyətli həsir materialından hazırlanan səbətlərin iç hissəsi parça astarlıdır. Taxta qulpları səbəti daşımağı asanlaşdırır. İki fərqli ölçüdə mövcuddur. Zövqlü görünüşü ilə hər hansı bir interyerə yaraşıq verir.