Prayk
Təchizat üzrə menecer — İnzibati personal, Bakı
Anlaşmalı

Təchizat üzrə menecer

Kontrol edildiBugün
Şehir
Bakı
Tarih
Görüntülenme
4
Numara
№4647195

Açıklama

İş haqqında məlumat: İstehsalat sektoruKarton qutu və qablaşdırma məhsullarının istehsalı ilə məşğul olan müəssisəmiz istehsal proseslərinin fasiləsizliyini təmin etmək, stoklara nəzarəti gücləndirmək və resurslardan səmərəli istifadəni təşkil etmək məqsədilə  Təchizat üzrə menecer vəzifəsinə peşəkar mütəxəssis axtarır.Bu vəzifənin əsas məqsədi istehsal planlarının material ehtiyacları ilə uzlaşdırılması, stok səviyyələrinin optimallaşdırılması və müəssisədaxili təchizat proseslərinin effektiv idarə edilməsidir.Əsas vəzifə öhdəlikləriİstehsalın planlaşdırılmasıSifarişlər, istehsal gücü və mövcud resurslar əsasında istehsal planlarının hazırlanmasında iştirak etmək;İstehsalın material ehtiyaclarını və təminat müddətlərini müəyyənləşdirmək;İstehsal, anbar, satınalma və satış bölmələri arasında koordinasiyanı təmin etmək;İstehsal planından kənarlaşmaları izləmək, gecikmə və resurs çatışmazlığı risklərini əvvəlcədən müəyyən etmək;Təcili sifarişlərin mövcud istehsal planına təsirini təhlil etmək və prioritetləşdirməni koordinasiya etmək.Stokların təhlili və planlaşdırılmasıXammal, qablaşdırma materialları və digər istehsal ehtiyatlarının stok səviyyələrini mütəmadi təhlil etmək;İstehlak dinamikası, sifarişlər və istehsal planları əsasında materiallara tələbat proqnozlarını hazırlamaq;Minimum və maksimum stok səviyyələrini, təhlükəsizlik ehtiyatını və sifariş nöqtələrini müəyyənləşdirmək;Stok çatışmazlığı, artıq ehtiyat, hərəkətsiz və dövriyyəsi zəif olan materialları müəyyən etmək;Stok dövriyyəsi və material təminatı üzrə hesabatlar hazırlamaq, optimallaşdırma təklifləri vermək;Faktiki stok məlumatları ilə plan göstəricilərinin uyğunluğunu izləmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını əlaqələndirmək.Daxili təchizatın təşkiliİstehsal sahələrinin və digər struktur bölmələrinin material ehtiyaclarını toplamaq və sistemləşdirmək;Təsdiqlənmiş plan və daxili sifarişlər əsasında materialların tələb olunan vaxtda, lazımi miqdarda təmin edilməsini koordinasiya etmək;Anbarla istehsal sahələri arasında materialların hərəkətinə və təhvil prosesinə nəzarət etmək;Material çatışmazlığı və təchizat gecikmələri barədə aidiyyəti bölmələri vaxtında məlumatlandırmaq;Daxili sifarişlərin icra vəziyyətini izləmək və təminat üzrə prioritetləri müəyyənləşdirmək;Satınalma bölməsinə təqdim ediləcək material ehtiyaclarının vaxtında və düzgün formalaşdırılmasını təmin etmək.Hesabatlılıq və proseslərin təkmilləşdirilməsiİstehsal planı, material tələbatı, stok vəziyyəti və daxili təchizat üzrə müntəzəm hesabatlar hazırlamaq;Stok çatışmazlığı və istehsal dayanması hallarının səbəblərini təhlil etmək;Materialların istifadəsi və ehtiyatların idarə olunması üzrə səmərəliliyin artırılması üçün təkliflər vermək;ERP və ya digər uçot sistemlərində planlama və stok məlumatlarının düzgünlüyünün təmin edilməsində iştirak etmək. Tələblər: Ali təhsil — logistika, təchizat zəncirinin idarə edilməsi, iqtisadiyyat, mühəndislik və ya əlaqəli sahələr üzrə;İstehsalat müəssisəsində planlama, material ehtiyaclarının hesablanması, stokların idarə edilməsi və ya daxili təchizat sahəsində minimum 3 il iş təcrübəsi;İstehsal müəssisələrində xammal və material ehtiyatlarının idarə edilməsi təcrübəsi üstünlük təşkil edir;İstehsal planlaması və material tələbatının hesablanması prinsiplərini bilmək;Minimum/maksimum stok, təhlükəsizlik ehtiyatı, stok dövriyyəsi və sifariş nöqtəsi anlayışlarını praktik tətbiq etmək bacarığı;MS Excel üzrə yaxşı biliklər; ERP və ya anbar-uçot sistemləri ilə iş təcrübəsi;Analitik düşüncə, dəqiqlik, planlama və koordinasiya bacarıqları;Eyni vaxtda bir neçə sifariş və prioritet üzrə işləmək bacarığı. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 29/10/2026
REKLAM