
1
Təcrübə proqramı
Təcrübə proqramı
Anlaşmalı
Kontrol edildiBugün
Tarih
Görüntülenme1
Numara№4550808
Açıklama
Mühasibatlıq üzrə “Avex Group” – Praktiki Mühasibatlıq üzrə praktiki şəkildə təcrübə proqramına Noyabr-Dekabr qruplarına qeydiyyatı elan edir.
Proqram sizə nə qazandıracaq?
Mühasibatlığın real iş proseslərini praktiki şəkildə öyrənəcəksiniz
Dövlət elektron portalları və peşəkar mühasibat proqramlarında işləmə bacarığı əldə edəcəksiniz
Qarşılaşa biləcəyiniz Vergi və Əmək qanunvericiliyi risklərini real keyslər üzərində analiz edəcəksiniz
Dərslərin video yazıları və əlavə tədris materialları təqdim olunacaq
Təlimi uğurla tamamlayan iştirakçılara şirkətimiz tərəfindən rəsmi sertifikat veriləcək
Proqram kimlər üçündür?
Mühasibatlıq sahəsində peşəkar karyera qurmaq istəyənlər
Praktiki bilik və bacarıqlar əldə etmək istəyən yeni başlayanlar
Təcrübəsi olmasa da əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən məzunlar
Yeni peşəyə yiyələnərək karyerasına fərqli istiqamətdə davam etmək istəyən şəxslər
Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.
Müddət 3 ay
Həftədə 2 dəfə-2saat
Proqrama daxildir
Təlim müddətində əldə edəcəyiniz bilik və praktiki bacarıqlar
Vergi və elektron sistemlər
Yenilənmiş new.e-taxes.gov.az portalında peşəkar işləmə bacarığı;
Təqdim etmə, geri qaytarma, qiymət artımı və azalması üzrə dəqiqləşdirilmiş e-qaimələrin hazırlanması və göndərilməsi;
Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və təhvil-təslim aktlarının tərtib olunması;
Mal və xidmət (fəaliyyət) kodlarının əldə edilməsi və tətbiqi;
Vergi orqanlarından daxil olan məktubların təhlili, cavablandırılması və düzgün icrası;
Şəxsi Hesab Vərəqəsinin analiz edilməsi və məlumatların düzgün qiymətləndirilməsi;
Bəyannamə sisteminin bölmələri və işləmə prinsipləri ilə tanışlıq.
Əmək haqqı və bank əməliyyatları
Əmək haqlarının hesablanması və qanunvericiliyə uyğun tutulmaların müəyyənləşdirilməsi;
Bank sisteminin iş prinsiplərinin öyrənilməsi;
İnternet bankçılıq əməliyyatlarının icrası:
bankdaxili və ölkədaxili köçürmələr;
xarici ödənişlər;
valyuta mübadiləsi;
əmək haqqı ödənişləri;
dövlət büdcəsinə ödənişlər;
kütləvi ödəniş əməliyyatları.
Dövlət qeydiyyatı və digər əməliyyatlar
e-customs.gov.az sistemi vasitəsilə gömrük kodunun əldə edilməsi;
Biznes və əmək haqqı kartlarının sifariş proseduru;
Mövcud elektron ərizə formalarının tətbiqi;
Fiziki və hüquqi şəxslərin dövlət qeydiyyatı;
Təsərrüfat obyektinin qeydiyyata alınması, dayandırılması və qeydiyyatdan çıxarılması üzrə müraciətlərin hazırlanması;
Debitor və kreditor uçotu üçün Excel cədvəllərinin hazırlanması və idarə olunması.
Hesabatların hazırlanması
Cari vergi ödənişləri üzrə arayışların hazırlanması;
DSMF hesabatlarının tərtibi;
Statistik hesabatların (aylıq, rüblük və illik) hazırlanması;
Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
ÖMV bəyannaməsinin tərtibi;
ƏDV bəyannaməsinin hazırlanması.
Əlavə modul – Kadr uçotu
Təlim çərçivəsində kadr uçotu və ƏMAS sistemi üzrə praktiki biliklər də əldə edəcəksiniz.
Kadr uçotu
Əmək haqqı və tabel cədvəllərin hazırlanması
Müəssisə strukturunun yaradılması
İşə qəbul və dəyişikliklər
Ştat vahidinin yaradılması
Əmək müqavilələri bildirişinin yaradılması
Əmək müqavilələrinə dəyişiklik
Şirkət daxili əmək müqavilələrinin yaradılması
Xitam prossesi
Son haqq-hesab
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər.
Əlaqə +994 55 995 46 29
Son müraciət tarixi: 13.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Avex Audit and Consulting jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM











