İşin təsviri:
"EduVia Ailə Rifahı və Uşaq İnkişafı Tədqiqatı" layihəsi çərçivəsində sahədə (Bakı və Sumqayıt şəhərlərində) valideynlər və uşaqlarla (7–14 yaş) birbaşa görüşərək rəqəmsal platformalar vasitəsilə sorğuların keçirilməsi və məlumatların toplanması.
Əsas öhdəliklər:
Müəyyən olunmuş icmalarda hədəf ailələri ziyarət etmək;
Planşet və ya mobil cihazlar vasitəsilə sorğu formalarını tətbiq etmək və datanı rəqəmsal sistemə daxil etmək;
Sorğu gedişatında akademik etika, məxfilik və könüllü iştirak prinsiplərinə tam riayət etmək;
Görülən işlərin sayı barədə layihə koordinatoruna gündəlik hesabat vermək.
Namizədə dair tələblər:
Sosiologiya, psixologiya, sosial iş, pedaqogika və ya əlaqəli sahələrdə ali təhsil (tələbələr və yeni məzunlar müraciət edə bilər);
İnsanlarla, xüsusilə valideyn və uşaqlarla pozitiv ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Xüsusi texniki tələb (Üstünlükdür): Qualtrics proqram təminatı ilə işləmək bacarığı və planşet üzərindən koqnitiv test alətlərindən istifadə təcrübəsi / mənimsəmə qabiliyyəti
Təklif olunur:
Müqavilə müddəti: 12 ay
Ödəniş keçirilən sorğu sayına görə hesablanır
Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Tədqiqat üzrə köməkçi” qeyd olunmalıdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209109/tedqiqat-uzre-komekci
REKLAM
Çerez kullanıyoruz Analitik yalnızca onayınızla; zorunlu çerezler her zaman etkindir.Gizlilik politikası