
8
Texniki dəstək üzrə mütəxəssis
Texniki dəstək üzrə mütəxəssis
Anlaşmalı
Kontrol edildiBugün
Tarih
Görüntülenme8
Numara№6054617
Açıklama
GPS izləmə şirkətinə Texniki dəstək üzrə mütəxəssis axtarılır
Öhdəliklər:
Müştəri sorğularını qəbul etmək;
Yaranmış çətinlikləri təhlil etmək və həllini tapmaq;
Müştərilərə mobil əlavələrdən istifadə üzrə təlim keçmək;
Avadanlıqların sazlanmasını və şəbəkəyə qoşulması təmin etmək;
İstifadə olunan proqram təminatı və avadanlıqda yaranan problemlərin diaqnostikasını aparmaq və nasazlıqları aradan qaldırmaq;
Tələb olunan hesabatları hazırlamaq və təyinatı üzrə təqdim etmək.
Namizədə tələblər:
Sahə üzrə ali və ya peşə təhsili;
Sahə üzrə minimal 1 il iş təcrübəsi;
Azərbaycan və Rus dilində sərbəst ünsiyyət bacarığı;
Texniki biliklər:
Sadə əməliyyat sistemləri, PC, notebook
Şəbəkə avadanlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq
Ofis proqramları ilə işləmək bacarığı;
Komandada işləmək bacarığı.
İş barədə məlumat:
Tam iş günü, I-V – 09.30-18.00, VI – 10.00-16.00
İş yeri: Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
Əmək haqqı müsahibə və sınaq nəticələrinə əsasən müəyyən olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Xahiş edirik email-ın “mövzu” bölməsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd edəsiniz. Əks halda, müraciətiniz nəzərə alınmayacaq. Telefonla müraciətlər baxılmır.
Son müraciət tarixi: 16.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Moss Group jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM











