9
Texniki işlər üzrə Şöbə müdiri

Anlaşmalı
Texniki işlər üzrə Şöbə müdiri
Kontrol edildi4 hafta önce
Tarih
Görüntülenme9
Numara№4612581
Açıklama
Azersun Holding də Kürdəmir rayonunda yerləşən istehsalat müəssisəmiz üçün texniki xidmət və təmir proseslərinin idarə olunması, avadanlıqların fasiləsiz fəaliyyətinin təmin edilməsi və texniki komandaya rəhbərlik edilməsi məqsədiylə "Texniki işlər üzrə Şöbə müdiri" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Namizədə tələblər:
Mexanika, Elektrotexnika, Elektroenergetika və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
Texniki xidmət və təmir sahəsində minimum 3–5 il iş təcrübəsi;
Rəhbər vəzifədə və ya texniki heyətin idarə olunmasında minimum 2 il təcrübə;
Mexaniki, elektrik, hidravlik və pnevmatik sistemlər üzrə biliklər;
Texniki çertyoj və sxemləri oxumaq bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
Liderlik, analitik düşüncə və problem həll etmə bacarıqları.
Əsas vəzifə öhdəlikləri:
Texniki şöbənin fəaliyyətini planlaşdırmaq və idarə etmək;
İstehsalat avadanlıqlarının və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Profilaktik baxım, cari və əsaslı təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
Texniki nasazlıqların səbəblərini araşdırmaq və təkrarlanmasının qarşısını almaq;
Texniki heyətin işini koordinasiya etmək və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Ehtiyat hissələrinin, texniki materialların və resursların səmərəli istifadəsinə nəzarət etmək;
Texniki hesabatların hazırlanmasını və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək.
İş şəraiti
İş Qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
İş yeri: Kürdəmir rayonu
Nahar şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Texniki işlər üzrə Şöbə müdiri”
Son müraciət tarixi: 14.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Azersun Holding jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM
