
Sumqayıt68
Texniki şöbə üzrə mütəxəssis

Anlaşmalı
Texniki şöbə üzrə mütəxəssis
Kontrol edildi1 ay önce
Açıklama
İstehsalat proseslərində material sərfiyyatını və texnoloji normalara riayət olunmasını izləmək, material itkilərinin minimuma endirilməsinə nəzarət etmək;Boru və pəstah ehtiyatlarının SAP sistemində düzgün qeydiyyatını və uçotunu təmin etmək;İstehsalat proseslərinin API standartlarına uyğun sənədləşdirilməsini həyata keçirmək;Texnoloji təlimatların hazırlanmasında, mövcud proseslərin təhlili və optimallaşdırılmasında iştirak etmək;İstehsalat zamanı yaranan texnoloji problemləri təhlil etmək və həll yolları təklif etmək;Məhsulun keyfiyyətinə nəzarət etmək, laborator analizlərin aparılmasını izləmək və nəticələri sənədləşdirmək;İstehsalat avadanlıqlarının düzgün və təhlükəsiz istismarına nəzarət etmək;İstehsalat sahələri ilə texniki koordinasiyanı təmin etmək və proseslərin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər:
Ali təhsil (texniki və mühəndislik istiqamətləri üzrə təhsil üstünlükdür);Müvafiq sahədə 1–3 il iş təcrübəsi;İstehsalat prosesləri, texnoloji normalar və material sərfiyyatının izlənilməsi üzrə biliklər;SAP və 1C proqramları ilə işləmək bacarığı;İstehsalat proseslərinin sənədləşdirilməsi və texnoloji təlimatlarla işləmək bacarığı;Məhsul keyfiyyətinə nəzarət və laborator analiz prosesləri üzrə biliklər;API standartları haqqında bilik;Azərbaycan dilini sərbəst bilmək;Rus və ingilis dillərini bilmək üstünlükdür.
Vakansiya növü: Tam ştat
Şirkət: Baku Steel Company
Yer: Sumqayıt, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/bakusteel/bakusteel-texniki-sobe-uzre-mutexessis-44889573/apply
REKLAM












