Texnonikol TPP 2.5 1x9m parçalı tol.
Stekloizol R P TPP – bitum tərkibli rulon tipli dam örtüyü və hidroizolyasiya materialıdır.
Stekloizol R P TPP şüşə parça əsasın üzərinə hər iki tərəfdən bitum və doldurucudan ibarət bitum bağlayıcısının çəkilməsi, daha sonra isə örtüyün həm üst, həm də alt tərəfinə qoruyucu qatların tətbiq edilməsi yolu ilə istehsal olunur. Qoruyucu qat kimi örtüyün üz və alt səthində polimer plyonkadan istifadə edilir.
İstifadə sahəsi:
Material çoxqatlı hidroizolyasiya örtüyündə aralıq və ya alt qat kimi, həmçinin tikinti konstruksiyalarının hidroizolyasiyası üçün tətbiq olunur. Material hazırlanmış əsasın üzərinə və ya əvvəlcədən döşənmiş bitum tərkibli materialın üzərinə əridilmə (naplavlenmə) üsulu ilə döşənir.
Üstünlükləri:
✔ Sadə və əlçatan tətbiq texnologiyası
✔ Etibarlı hidroizolyasiya
✔ Müsbət temperatur şəraitində rahat montaj
☑️ Kütləsi 2.5 kq/m²
☑️ Uzununa istiqamətdə maksimum dartılma qüvvəsi 550 N
☑️ Uzunluğu 9 metr
☑️ Eni 1 metr
☑️ İstiliyə davamlılığı 80ºC
© Elanın sahibi · tap.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.