Prayk

Tibbi avadanlıqların alışı üzrə menecer

1 200 ₼
Kontrol edildi5 gün önce
Tarih
Görüntülenme
11
Numara
№4007058

Açıklama

Tələblər: Təhsil: Ali təhsil (tibbi, biomedikal mühəndislik, iqtisadiyyat, loqistika, menecment və ya biznesin idarə edilməsi sahəsində olması arzuolunandır) Dil bilikləri: Azərbaycan dili -səlis, Rus və ingilis dilləri – orta səviyyədə (Intermediate / B1–B2: şifahi və yazılı işgüzar kommunikasiya bacarığı). İdxal/ixrac əməliyyatları və ilkin sənədləşmə qaydaları haqqında anlayış. Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək qabiliyyəti (1C və ya ERP sistemləri biliyi üstünlükdür). Vəzifə Öhdəlikləri: Şirkətin layihələri üçün xarici və yerli bazardan tələb olunan tibbi avadanlıqların satınalınması prosedurlarının bütün mərhələlərinin həyata keçirilməsi: Müştərilərdən və şirkətin daxili şöbələrindən tibbi avadanlıqla bağlı sorğuları dəqiqliklə qəbul etmək; Müştərinin və daxili şöbələrin tələblərinə uyğun olaraq avadanlığın spesifikasiyalarını dəqiqləşdirmək; Daxil olmuş sorğulara əsasən xarici və yerli tbbi avadanlıq istehsalçıları və təchizatçıları ilə əlaqə yaratmaq; Müştərilərə sorğuları ilə bağlı kommersiya təkliflərini hazırlayıb təqdim etmək və təklifləri aktiv olaraq təqib etmək; Xarici və yerli şirkətlərə avadanlıqların satınalınması üçün sifarişləri yerləşdirmək, bunun üçün tələb olunan bütün sənədləri, o cümlədən müqavilələri hazırlamaq; Sifarişlərin istehsal prosesini təqib etmək və daşınması üçün hazırlıq vəziyyətini nəzarətdə saxlamaq; Yüklərin daşınması prosesinin (ölkədaxili və beynəlxalq) təşkil etmək, logistika şöbəsi ilə koordinasiya etmək və izləmək; Müşayiətedici sənədlərin (hesab-faktura, qaimə, CMR, spesifikasiya) şirkətin üçün istehsalçılardan alınması, yoxlanılması və müvafiq şöbələrə (logistika şöbəsi, mədaxil şöbəsi, anbar) təqdim etmək; Tibbi avadanlıqların müştərilərə təhvilini təşkil etmək və bu prosesin təmin edilməsi üçün müştərək şöbələrlə (anbar, mühasibatlıq, texniki servis və s.) koordinasiyanı təşkil etmək. İş şəraiti: Əməkhaqqı: 1200-2000 AZN, Müsahibə əsasında (namizədin təcrübəsinə və səriştələrinə uyğun olaraq). İş qrafiki: 5/2 (09:00 – 18:00). Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Gömrük işlərinə nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər. Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Maaş: 1200 AZN Son müraciət tarixi: 06.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© AzəriMed MMC jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.