Prayk

Topoqraf Geodeziya mühəndisi

1 500 ₼
Kontrol edildiDün
Tarih
Görüntülenme
4
Numara
№5598705

Açıklama

Tikinti layihələrimizdə bizimlə birgə çalışacaq təcrübəli topoqraf (geodeziya mühəndisi) axtarırıq. İş şəraiti İş yeri: Bakı, Bilgəh Əmək haqqı: 1500-2000 AZN Vəzifə öhdəlikləri Tikinti ərazisində topoqrafik və geodeziya ölçmə işlərinin aparılması Tikinti sahəsinin koordinatlarının və yüksəkliklərinin müəyyən edilməsi Layihəyə uyğun olaraq bina oxlarının, fundamentlərin, sütunların və divarların ərazidə nişanlanması Tikinti prosesində ölçmə və yoxlama işlərinin aparılması Layihə koordinatları ilə faktiki ölçmə nəticələrinin müqayisə edilməsi, kənarlaşmaların aşkar edilməsi İcra sənədləri üçün faktiki ölçmələrin aparılması və məlumatların hazırlanması Sahədə qazıntı və dolğu işlərinin həcminin çıxarılması Ölçmə nəticələrinin qeydiyyatı və hesabatların hazırlanması Mühəndislər və sahə rəisləri ilə birlikdə işləmək Ölçmə zamanı dəqiqliyə və texniki təhlükəsizlik qaydalarına riayət etmək Namizədə tələblər Ali və ya orta ixtisas təhsili (geodeziya, topoqrafiya, inşaat və ya uyğun sahə) Tikinti sahəsində 2-4 il topoqraf kimi iş təcrübəsi Total station və nivelir cihazları ilə müstəqil işləməyi bacarmaq AutoCAD proqramını əsas səviyyədə bilmək Məsuliyyətli və diqqətli olmaq, sahədə işləməyə hazır olmaq Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1500 AZN Son müraciət tarixi: 04.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/webuild-construction-and-design-topoqraf-geodeziya-muhendisi-155498
REKLAM