
Bakı15
Uı/ux üzrə aparıcı / baş dizayneri
Uı/ux üzrə aparıcı / baş dizayneri
1 000 ₼
Kontrol edildi4 gün önce
Açıklama
İş haqqındaGörəcəyiniz işlər:• Məhsul sahibi və dizayn rəhbəri ilə birlikdə UX/UI dizaynlarının biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun hazırlanması;• Biznes ehtiyaclarının təhlil edilməsi və dizayn həllərinə çevrilməsi, qərarların məlumatlarla əsaslandırılması;• Kəmiyyət və keyfiyyət UX araşdırmalarının aparılması və istifadəçi yönümlü məhsulların hazırlanması;• Fərziyyələrin test edilməsi, istifadəyə yararlılıq testləri, A/B testləri və digər eksperimental metodlarla məhsulun istifadəyə yararlılığının yoxlanılması;• CJM (Customer Journey Map), User Flow, Mind Map, İnformasiya Arxitekturası, Wireframe və interaktiv prototiplərin hazırlanması və təqdim edilməsi;• Dizayn sistemi ilə işləmək və onun inkişafında iştirak etmək;• Məhsullararası dizayn prinsiplərinə riayət etmək və onları yeni tendensiyalara uyğunlaşdırmaq;• Agile və digər iş proseslərinə uyğun dizayn prosesinə effektiv şəkildə riayət etmək;• Dizaynların texniki uyğunluğunu təmin etmək, proqramçılarla sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialları təqdim etmək;• Mövcud məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq;• Yeni texnologiyaları və dizayn trendlərini izləmək, komandaya innovativ həllər təklif etmək.Bizim üçün uyğun namizəd:• Ali təhsilli;• UX/UI dizayn sahəsində 3 il və daha çox iş təcrübəsi olan;• Təcrübəsini əks etdirən portfolioya sahib olan;• Figma, Adobe XD kimi dizayn proqramlarında yaxşı səviyyədə işləmək bacarığı olan;• Dizayn sistemləri və komponent kitabxanaları ilə iş təcrübəsi olan;• Responsive və Adaptive dizayn prinsiplərini bilən və tətbiq edən;• İstifadəçi tədqiqatları, məlumat analitikası, kəmiyyət və keyfiyyət araşdırmaları üzrə təcrübəsi olan;• Prototipləşdirmə və Wireframing üzrə bacarığı olan;• İstifadəyə yararlılıq testlərini (Usability Testing) və A/B testlərini icra etmək bacarığı olan;• Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı olan (rus dili biliyi üstünlükdür).
REKLAM













