Uşaq Skuteri SMR820 İşıqlı Təkərlərlə (Boz)
SMR820 boz uşaq skuteri (samokat) uşaqlarda fiziki aktivliyi artırmaq, müvazinət və koordinasiyanı inkişaf etdirmək üçün ideal seçimdir. Universal modern dizaynı və asan idarəolunma mexanizmi ilə həm açıq havada, həm də ev daxilində rahat istifadə olunur. Geniş, sürüşməyən alt platforma (deka) uşağın skuter üzərində sabit dayanıqlığını təmin edir.
Batareyasız işıqlanan LED silikon təkərlər hərəkət zamanı kinetik enerji ilə öz-özünə yanır, səs-küysüz və yumşaq sürüş təmin edir, laminat döşəməni cızmır. Arxa təkərüstü ayaq əyləc sistemi sürətin nəzarətdə saxlanmasına və təhlükəsiz dayanmağa kömək edir.
Hündürlüyü bir neçə pillə üzrə tənzimlənən sükan uşağın boy artımına uyğunlaşır. Yumşaq, sürüşməyən erqonomik tutacaqlar rahat qavrama yaradır. Yüngül və kompakt konstruksiya sayəsində daşınması və saxlanması asandır.
Məhsul xüsusiyyətləri:
- Brend: Sport Line
- Model: SMR820
- Növ: Uşaq skuteri / Samokat
- Rəng: Boz (Grey)
- Təkirlər: 3 ədəd, LED işıqlı silikon (poliuretan)
- Sükan: Hündürlüyü tənzimlənən konstruksiya
- Platforma: Sürüşməyən xüsusi idman altlığı
- Əyləc: Arxa təkərüstü ayaq əyləci (step-on brake)
- Tutacaqlar: Yumşaq, sürüşməyən erqonomik qripslər
Qiymət: 60