
24
Usta
Usta
4 700 ₼
1 kişi favorilere ekledi
Kontrol edildi2 hafta önce
Tarih
Görüntülenme24
Numara№3948225
Açıklama
Almaniyada (Berlin) işləmək üçün təcrübəli ustalar axtarılır, daimi iş yeri
Kimik?
MigNetz UG illərdir insanlara Almaniyada işə düzəlmək, peşə təhsili və rəsmi proseslərdə kömək edir. Biz Berlində qurulma mərhələsində olan Nuxa Solutions GmbH şirkəti üçün işçi axtarırıq. İşə qəbul birbaşa Nuxa Solutions GmbH tərəfindən olacaq. Azərbaycan və türk dillərində ünsiyyət qurulan bir komanda yaradırıq.
Axtardığımız ixtisaslar
Mətbəx və mebel quraşdırıcısı
Boyaqçı və divar işləri ustası
Kafel və döşəmə ustası
Tikinti və təmir sahəsində digər təcrübəli ustalar
Nə təklif edirik
Daimi iş yeri (müvəqqəti iş və ya agentlik deyil)
Berlində sizin üçün yaşayış yeri tapılır, mənzil xərcini Nuxa Solutions GmbH ödəyir
Bakıda və ya Berlində alman dili kursuna yönləndirilirsiniz, kursun xərcini şirkət ödəyir
MigNetz UG viza və yaşayış icazəsi proseslərində sizə yol göstərir və bu işlərlə məşğul olur, bununla bağlı xərcləri Nuxa Solutions GmbH ödəyir
Berlində qarşılaşdığınız çətinliklərdə MigNetz UG yanınızdadır və kömək edir
Eyni dildə danışan komanda və şəxsi adaptasiya
Necə müraciət etmək olar?
Bizə yazın və ya zəng edin, ətraflı müraciət məktubu lazım deyil. Müraciət edərkən portfolionuzu da göndərin (gördüyünüz işlərin şəkilləri və ya videoları), çünki işləriniz bizim üçün vacibdir. Əvvəlcə sizinlə tanış olmaq istəyirik. Uyğun gəlsək, daimi işə qəbul prosesinə keçirik.
📞 Şəhla Abdullayeva, MigNetz UG: 0176 84719816 (WhatsApp / Telegram)
✉️ [email protected]
Tələblər:
Seçdiyiniz peşə üzrə real iş təcrübəsi
Məsuliyyətli, dəqiq və komanda ilə işləməyi bacarmaq
Fiziki hazırlıq və müxtəlif iş yerlərində işləməyə hazır olmaq
Azərbaycan və ya türk dilində rahat ünsiyyət
Maaş: 4700 AZN
Yaş: 25-50
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İlanın kaynağı
Orijinal ilanı aç© MigNetz UG boss.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM



