12 düymlük elektrik zəncirli mişar.
Korpus üzərində “12'' CHAIN SAW” qeyd olunub. Şin uzunluğu 30 sm-dir. Şin üzərində 1/4 zəncir ölçüsü, 0.050” qalınlıq və 45 zəncir halqası göstərilir. Model elektrik kabeli ilə işləyir və standart ştepsellə qoşulur.
Mişarın quruluşunda rahat tutacaq, əlavə ön dəstək qolu və qoruyucu sipər yer alır. Kəsim hissəsi zəncir və şinlə təchiz olunub. Dəstdə zəncir qapağı və montaj/tənzimləmə üçün açar da görünür.
Bağ işləri, budama, kiçik ağac və taxta kəsmə işləri üçün uyğun elektrik mişardır. Kompakt quruluşu istifadədə manevr rahatlığı yaradır.