
25
Anbar Mühasibi

900 ₼
Anbar Mühasibi
TekshirilganKecha
Sana
Koʻrishlar25
Raqam№5680374
Tavsif
İşəgötürən: “GFC” MMC – KFC, Pizza Hut və Simit Sarayı restoranları şəbəkəsi
Namizədə aid tələblər:
Ali və ya orta ixtisas təhsili;
Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
Anbar uçotu, mal-materialların hərəkəti və qaimələrlə iş üzrə bilik və praktiki bacarıqlar;
iiko proqramı ilə işləmə bacarığı;
MS Excel və MS Outlook proqramlarında işləmə bacarığı;
Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyətlilik;
Komanda ilə işləmək və operativ ünsiyyət qurmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri:
Anbardan filiallara göndərilən mallar üzrə qaimələrin faktiki qəbul məlumatları ilə müqayisə edilməsi və yaranan fərqlərin müəyyənləşdirilməsi;
Filiallardan daxil olan mal qəbulu məlumatlarının yoxlanılması və sistemdəki məlumatlarla müqayisə edilməsi;
Qaimə ilə faktiki qəbul arasında yaranan fərqlərin aidiyyəti şəxslərlə (anbar, sürücü və filial əməkdaşları) dəqiqləşdirilməsi, səbəblərinin araşdırılması və nəticəyə uyğun tədbirlərin görülməsi;
Məhsulların anbara mədaxil və məxaric əməliyyatlarının izlənilməsi və uçotunun aparılması;
Çatışmayan, zədələnmiş və geri qaytarılan mallar üzrə müvafiq sənədlərin yoxlanılması və sistem məlumatları ilə müqayisə edilməsi;
Uyğunsuzluqların araşdırılması nəticəsinə əsasən iiko proqramında müvafiq düzəlişlərin aparılması və sənədləşdirilməsi;
Anbar və filiallar arasında mal-material hərəkəti üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
Mal-material hərəkəti üzrə sənədlərin düzgün rəsmiləşdirilməsinə və məlumatların sistemdə vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
Açıq qaimələrin izlənilməsi, gecikmələrin müəyyənləşdirilməsi və vaxtında yekunlaşdırılmasının təmin edilməsi;
Anbar qalıqlarına nəzarət edilməsi və dövri inventarizasiya prosesində iştirak edilməsi;
Stok qalıqları və mal-material hərəkəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Təkrarlanan uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri: Xırdalan
Əmək haqqı: 900 AZN
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Mühasibi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Maaş: 900 AZN
Son müraciət tarixi: 06.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/gfc-mmc-anbar-muhasibi-155742
REKLAMA













