Prayk
Anbardar(Şirvan) — Nəqliyyat, logistika, anbar, Şirvan
600 ₼

Anbardar(Şirvan)

Tekshirilgan3 hafta oldin
Shahar
Şirvan
Sana
Koʻrishlar
5
Raqam
№2139187

Tavsif

Vəzifə öhdəlikləri: Anbara daxil olan materialların, xammalın, ehtiyat hissələrinin, alətlərin və digər mal-material qiymətlilərinin qəbulunu həyata keçirir. Qəbul zamanı faktiki miqdarları müşayiətedici sənədlərlə – qaimə, sifariş, təhvil-təslim aktı və digər sənədlərlə müqayisə edir. Məhsulların və materialların xarici görünüşünü, qablaşdırılmasını, markalanmasını və mümkün zədələnmələri yoxlayır. Aşkar edilmiş çatışmazlıq, artıq miqdar, zədə və ya sənədlə faktiki göstəricilər arasında uyğunsuzluq barədə dərhal birbaşa rəhbərinə məlumat verir. Qəbul edilmiş materialların təyinatına, növünə, markasına, ölçüsünə və saxlanma şəraitinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsini təmin edir. Metal məmulatların, ehtiyat hissələrinin, podşipniklərin, elektrik komponentlərinin, yağlayıcı materialların, alətlərin və digər istehsalat materiallarının qəbulu, saxlanılması və zədələnməsinin qarşısının alınmasını təşkil edir. Materialların saxlanması zamanı paslanma, nəmlik, temperatur, tozlanma, mexaniki zədə və digər risklərdən qorunması üçün müəyyən edilmiş tələblərə əməl edir. İstehsalat sahələrinə, sexlərə və digər struktur bölmələrinə materialları yalnız təsdiq edilmiş tələbnamə, qaimə və ya digər müvafiq sənədlər əsasında buraxır. Materialların buraxılması zamanı nomenklatura, marka, ölçü, miqdar və digər göstəricilərin sənədlərə uyğunluğunu yoxlayır. Anbara daxil olan və anbardan çıxan bütün mal-material əməliyyatlarının vaxtında uçota alınmasını təmin edir. Elektron uçot sistemində və ya müvafiq anbar jurnallarında materialların giriş-çıxış əməliyyatlarını qeyd edir. Faktiki anbar qalıqlarının uçot sistemi məlumatları ilə uyğunluğuna nəzarət edir. Dövri və illik inventarizasiyalarda iştirak edir. İnventarizasiya zamanı materialların faktiki sayılmasını, çəkilməsini və ölçülməsini həyata keçirir. Aşkar olunmuş artıq və əskik qalıqlar barədə inventarizasiya komissiyasına və birbaşa rəhbərinə məlumat verir. Minimum ehtiyat səviyyəsinə yaxınlaşan və ya tükənməkdə olan materiallar barədə vaxtında aidiyyəti şəxslərə məlumat verir. Uzun müddət istifadə olunmayan, yararsız və zədələnmiş materialları müəyyən edir və rəhbərliyə məlumat verir. Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanmasını təmin edir. Keçid yollarının, yanğın çıxışlarının və yanğınsöndürmə vasitələrinin qarşısının bağlanmasına yol vermir. Anbara icazəsiz şəxslərin daxil olmasına və material qiymətlilərinin icazəsiz çıxarılmasına yol vermir. Maaş: 600 AZN Yaş: 20-35 Təhsil: Orta İş təcrübəsi: 1 ildən aşağı

Eʼlon manbai

Asl eʼlonni ochish

© Rifah Qrup boss.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.