
3
Aparıcı mühasib
Aparıcı mühasib
1 700 ₼
Tekshirilgan1 hafta oldin
Sana
Koʻrishlar3
Raqam№3440945
Tavsif
Vəzifənin məqsədi
Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının tam və düzgün aparılması, aylıq bağlanışın həyata keçirilməsi, balans və rəsmi hesabatların hazır vəziyyətə qədər hazırlanması. Yekun maliyyə və rəsmi hesabatların yoxlanılması və təsdiqi CFO tərəfindən həyata keçiriləcək.
Əsas vəzifələr
İki mühasib operatorla satış-alış işinin aparılması,
İlkin mühasibat sənədlərinin düzgün uçotu və nəzarəti;
Bank, kassa, alış və satış əməliyyatlarının aparılması;
Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi;
ƏDV, e-Qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sənədlərlə iş;
Əmək haqqı və əmək haqqı ilə bağlı hesablamalara nəzarət;
Anbar və mal-material uçotunun mühasibatlıqla uyğunlaşdırılması, əsas vəsaitlərin uçotu;
Müqavilələr üzrə maliyyə əməliyyatlarının düzgün əks etdirilməsi;
Aylıq dövriyyələrin və hesabların bağlanması, Vergi və digər məcburi ödənişlərin hesablanması;
Balans, mənfəət-zərər və digər maliyyə hesabatlarının hazırlanması;
Vergi, DSMF, statistika və digər rəsmi hesabatların təqdimata hazır vəziyyətə gətirilməsi;
CFO üçün aylıq maliyyə məlumatlarının və izahatların hazırlanması;
Məsuliyyət bölgüsü
Əməliyyatlar üzrə aparıcı mühasib: Uçotu 2 operator-mühasib üzərindən aparır → yoxlayır → ayı bağlayır → balansı və hesabatları hazırlayır → CFO-ya təqdim edir.
CFO: Yekun yoxlama → nəzarət → təsdiq → rəsmi təqdimata icazə.
Namizədə əsas tələblər
Mühasibatlıq üzrə minimum 2–4 il real iş təcrübəsi;
Aylıq bağlanışı müstəqil şəkildə həyata keçirə bilməsi;
Balans və P&L hazırlamaq bacarığı;
Vergi və əmək qanunvericiliyini bilməsi;
ƏDV və elektron vergi sistemləri ilə praktiki iş təcrübəsi;
1C və Excel-də sərbəst işləməsi;
Debitor/kreditor və anbar uçotunda güclü praktiki təcrübə;
İş şərtləri
Rəsmi net Ə/H - 1700-2200 AZN arası, təcrübəyə uyğun
İş vaxtı - Qanunvericiliyə uyğun
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1700 AZN
Son müraciət tarixi: 29.10.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Azimut LLC jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA












