Prayk
Kassir (Qusar) — Maliyyə, Qusar
Kelishiladi

Kassir (Qusar)

TekshirilganKecha
Shahar
Qusar
Kategoriya
Moliya
Sana
Koʻrishlar
10
Raqam
№4400500

Tavsif

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq. Vəzifə öhdəlikləri: Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;    Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;    Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;    Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;    Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;    Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi. Tələblər: Namizədə tələblər: Ali təhsil;  Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;  Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır; Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;  Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;  Microsoft Office programları üzrə biliklərə malik olmalı;  İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;    Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;    Dinamik və müasir iş mühiti;    Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;    Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar. İş şəraiti: İş yeri: Qusar;İş qrafiki: Növbəli. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya növü: Tam ştat Şirkət: Kontakt Home Yer: Qusar, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-kassir-qusar-38517/apply
REKLAMA