
2
Biznesə nəzarət şöbə müdiri

Kelishiladi
Biznesə nəzarət şöbə müdiri
Tekshirilgan2 kun oldin
Sana
Koʻrishlar2
Raqam№4896636
Tavsif
Vəzifə öhdəlikləri
Şirkətin maliyyə nəzarəti və kommersiya analitikası funksiyalarını təşkil etmək, rəhbərliyə dövri idarəetmə hesabatları təqdim etmək.
Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
Məhsullar üzrə satış qiymətlərinin və marjaların hesablanmasına nəzarət etmək, məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik təhlillərini aparmaq.
Təchizatçılarla bağlanmış müqavilələrin kommersiya şərtlərini təhlil etmək, müqavilə reyestrini, bonusların (rebate), marketinq dəstəklərinin və digər kommersiya gəlirlərinin hesablanması və uçotunu nəzarətdə saxlamaq.
Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini qiymətləndirmək, xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması üzrə təkliflər vermək.
Büdcə, maliyyə proqnozları və maliyyə modellərinin hazırlanmasında iştirak etmək, əsas maliyyə və kommersiya göstəricilərini mütəmadi izləmək.
Şirkətin biznes proseslərini və prosedurlarını təhlil etmək, onların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək, daxili qaydalara və nəzarət mexanizmlərinə əməl olunmasını təmin etmək.
Maliyyə əməliyyatlarının, sənədləşmənin və kommersiya məlumatlarının düzgünlüyünə, daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək.
ERP sistemi üzərindən maliyyə dövrünün bağlanmasını, hesabların uzlaşdırılmasını və maliyyə məlumatlarının vaxtında və düzgün yekunlaşdırılmasını koordinasiya etmək.
Balans hesablarını, gəlir və xərc maddələrini, ehtiyatları, debitor və kreditor borclarını təhlil etmək, maliyyə və əməliyyat risklərini müəyyənləşdirmək.
Daxili və xarici audit proseslərində iştirak etmək, tələb olunan məlumatların və izahların hazırlanmasını təmin etmək.
Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi, Anbar və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək maliyyə və kommersiya məlumatlarının düzgünlüyünü və proseslərin səmərəliliyini artırmaq.
Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasına nəzarət etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.
Rəhbərlik tərəfindən verilən maliyyə təhlili, biznes əsaslandırmaları və digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.
Namizədə tələblər
Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
Qərarvermə və problemləri həll etmə bacarığı
Vaxtın və resursların effektiv idarə etmə bacarığı
Strateji düşünmə və planlaşdırma bacarığı
Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
MS Excel üzrə yaxşı səviyyə
Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları
Digər məlumatlar:
Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
Yanacaq kartı
Nahar ilə təminat
Könüllü tibbi sığorta paketi
Korporativ mobil nömrə və aylıq danışıq limiti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Son müraciət tarixi: 20.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/veyseloglu-rossmann-biznese-nezaret-sobe-mudiri-154285
REKLAMA












