
6
Vergi bölmə müdiri

Kelishiladi
Vergi bölmə müdiri
TekshirilganKecha
Sana
Koʻrishlar6
Raqam№4955850
Tavsif
Rahat Supermarketlər şəbəkəsi Vergi bölmə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
Şirkətin vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət etmək;
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin düzgün hesablanmasını təmin etmək;
Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək;
Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi yoxlamaları üzrə prosesləri koordinasiya etmək;
Vergi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün müvafiq tədbirlər görmək;
Satış, qaytarma, endirim, kampaniya, bonus, back marja, konsiqnasiya, inventarizasiya fərqləri, zayolma və silinmə əməliyyatlarının vergi uçotuna nəzarət etmək;
İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-si üzrə uçotun düzgün aparılmasını təmin etmək;
Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının mühasibat uçotu göstəriciləri ilə üzləşdirilməsinə nəzarət etmək;
Vergi uçotu ilə maliyyə uçotu arasındakı fərqləri təhlil etmək və müvafiq üzləşdirmələri aparmaq;
Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək, onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Vergi proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
Vergi bölməsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və işlərin keyfiyyətinə nəzarət etmək.
Namizədə tələblər
Cins: Bəy və xanım namizədlər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Vergi və mühasibatlıq sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Pərakəndə satış sektorunda, xüsusilə çoxsaylı mağazaları olan şəbəkələrdə iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi qanunvericiliyini və onun praktiki tətbiqini yüksək səviyyədə bilmək;
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanması, bəyannamələrin hazırlanması və yoxlanılması üzrə praktiki təcrübə;
Pərakəndə satış əməliyyatlarının vergi uçotu üzrə bilik və təcrübə;
İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-sinin uçotu üzrə biliklər;
Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının uçot göstəriciləri ilə üzləşdirilməsi üzrə təcrübə;
Kameral və səyyar vergi yoxlamaları, vergi orqanlarının sorğularının cavablandırılması və uyğunsuzluqların aradan qaldırılması üzrə praktiki təcrübə;
Vergi risklərinin müəyyənləşdirilməsi və qanunvericilik çərçivəsində vergi planlaşdırılması bacarığı;
ERP sistemləri ilə iş təcrübəsi və MS Excel proqramını yüksək səviyyədə bilmək;
Komandanı idarəetmə, iş bölgüsünün təşkili və hesabatların vaxtında təqdim edilməsinə nəzarət bacarığı;
Analitik düşüncə, detallara diqqət, yüksək məsuliyyət və məxfi məlumatlarla işləmək bacarığı.
Əlavə üstünlüklər
Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA və ya vergi sahəsi üzrə müvafiq sertifikatların olması;
İri vergiödəyiciləri və ya bir neçə hüquqi şəxsdən ibarət şirkətlər qrupu ilə iş təcrübəsi;
Vergi proseslərinin avtomatlaşdırılması və daxili nəzarət prosedurlarının qurulması təcrübəsi.
İş şərtləri
İş yeri: Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Vergi bölmə müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/rahat-supermarketler-sebekesi-vergi-bolme-mudiri-154413
REKLAMA












