Prayk

Elektrik-elektronçu

1 000 ₼
Tekshirilgan2 kun oldin
Shahar
Sumqayıt
Sana
Koʻrishlar
2
Raqam
№4173094

Tavsif

Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC Vəzifı öhdəlikləri:Baş elektrik və avtomatika mütəxəssisinin təlimatlarına əsasən texniki işləri yerinə yetirmək;İstehsalat sahələrində elektrik və avtomatika sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;Elektrik mühərrikləri, invertorlar, panolar və kabel xətlərinin quraşdırılması, təmiri və texniki baxımını həyata keçirmək;PLC sistemlərinin giriş-çıxış siqnallarını yoxlamaq, sensor və elektron cihazların sazlanmasını təmin etmək;Printerlərin, ölçmə cihazlarının və elektron avadanlıqların təmiri və kalibrlənməsini aparmaq;Yarımstansiyalarda və yüksək gərginlikli elektrik şəbəkələrində müvafiq səlahiyyət çərçivəsində əməliyyatlar aparmaq;Təzyiq, temperatur, pnevmatik və avtomatik idarəetmə sistemlərinin montajı, təmiri və sazlanmasını həyata keçirmək;Elektrik avadanlıqlarının diaqnostikası, test edilməsi və nasazlıqların aradan qaldırılmasını təmin etmək;İstehsalatda yaranan texniki nasazlıqlar barədə məsul şəxsləri məlumatlandırmaq və təhlükə olduqda sistemin dayandırılması üçün tədbir görmək;Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, müvafiq icazə olmadan təhlükəli işləri icra etməmək.Texniki və nəzəri biliklərElektrik mühərriklərinin (0,25–500 kVt) iş prinsiplərini, qoşulma sxemlərini, istismarını və təmirini bilməli;Elektrik panolarının, yarımstansiyaların (35/0,4 kV) və paylayıcı qurğuların iş prinsiplərini bilməli;Elektrik mühafizə, rele və avtomatik idarəetmə sxemlərini oxumağı və tətbiq etməyi bacarmalı;Elektrik ölçmələri, avadanlıq və kabellərin test üsulları, torpaqlama tələblərini bilməli;PLC sistemlərinin, sensorların, invertorların və avtomatlaşdırma avadanlıqlarının iş prinsiplərini bilməli;Elektron cihazların diaqnostikası, təmiri, sazlanması və kalibrlənməsini bacarmalı;Temperatur, təzyiq, vakuum və sürət ölçmə sistemləri haqqında biliklərə malik olmalı;Elektrik enerjisinin paylanması, reaktiv gücün kompensasiyası və enerji səmərəliliyi prinsiplərini bilməli;Pnevmatik sistemlərin və sənaye idarəetmə avadanlıqlarının iş prinsiplərini bilməli;Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilməli.Biz nə təklif edirik:İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalatİş qrafiki: 3 növbəli, 07:00–15:00, 15:00-23:00, 23:00-07:00Nahar: Şirkət tərəfindən təmin olunurServis xidməti: Şirkət tərəfindən təmin olunurƏməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqıİş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyətTələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Elektrik-elektronçu” qeyd edilməlidir.

Oʻxshash eʼlonlar