
10
Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis

Kelishiladi
Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis
TekshirilganBugun
Tavsif
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: EDN - Əməliyyatlar departamenti
Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
GNSS/GPS/RTK və digər geodeziya avadanlıqları vasitəsilə əkin və torpaq sahələrinin ölçülməsini həyata keçirmək;
Torpaq sahələrinin faktiki sərhədlərini, koordinatlarını və sahə ölçülərini müəyyən etmək;
Ölçmə nəticələri əsasında elektron xəritələr, sahə konturları və koordinat cədvəlləri hazırlamaq;
Əkin sahələrinin EKTİS bəyannamələrinin tələblərinə uyğun xəritələşdirilməsini və bölgüsünü həyata keçirmək;
Ölçmə nəticələrini mövcud kadastr məlumatları və torpaq sənədləri ilə müqayisə etmək, sərhəd fərqlərini, üst-üstə düşmələri və ehtimal olunan zəbt hallarını müəyyənləşdirmək;
Yeni aqropark layihələri üzrə geodeziya ölçmələrini və xəritələşdirmə işlərini həyata keçirmək;
Ölçmə və xəritələşdirmə məlumatlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları araşdırmaq və zərurət yarandıqda təkrar ölçmələr aparmaq;
Görülmüş işlər üzrə müvafiq hesabatları, elektron xəritələri və koordinat fayllarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.
Vəzifə tələbləri:
Geodeziya, topoqrafiya, kartoqrafiya, geomatika, torpaq kadastrı və ya digər əlaqəli ixtisas üzrə təhsil;
Geodeziya ölçmələri, koordinat sistemləri, xəritə miqyası və sahə hesablamaları üzrə biliklər;
GNSS/GPS/RTK avadanlığı və ya elektron taxeometrlə ölçmə aparmaq və ölçmə məlumatlarını emal üçün ixrac etmək bacarığı;
QGIS, AutoCAD və ya digər xəritələşdirmə proqramlarından istifadə üzrə baza bacarıqlarının olması üstünlükdür;
Torpaq sənədlərini və kadastr planlarını oxumaq, faktiki ölçmə nəticələri ilə müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı;
EKTİS və aqrar sahələrin xəritələşdirilməsi üzrə təcrübənin olması üstünlükdür;
Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və ünsiyyət bacarıqları;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Açıq ərazidə sahə işləri aparmağa hazırlıq.
MS PowerPoint və digər MS Office proqramlarından istifadə bacarığı;
Məlumatları sistemləşdirmək və detallara diqqət yetirmək bacarığı;
Məntiqi düşünmə və problem həll etmə bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs;
Azərbaycan dili biliyi; rus və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Peşəkar və liderlik inkişaf proqramları
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 12.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/eden-agro-mmc-geodeziya-ve-xeritelesdirme-uzre-mutexessis-156923
REKLAMA














