Prayk
Mexaniki Yığım Operatoru (Müdafiə sənayesi və ya elektronika üzrə) — Sənaye, istehsal
800 ₼

Mexaniki Yığım Operatoru (Müdafiə sənayesi və ya elektronika üzrə)

TekshirilganBugun

№6364267·Koʻrishlar: 18

Tavsif

İş şəraiti Departament - İstehsalat və Mühəndislik departamenti / İstehsalat şöbəsi İş qrafiki - 5 günlük iş həftəsi İş yeri - Bakı (gələcəkdə Sumqayıt nəzərdə tutulur) İş saatları - 09:00 – 18:00 (gün ərzində istirahət və nahar fasiləsi üçün 1 saat vaxt ayrılır) Əmək haqqı Vaxtamuzd əmək haqqı sistemi əsasında hesablanır. Göstərilən məbləğlər vergilər tutulduqdan sonrakı xalis əmək haqqıdır: Sınaq müddəti (3 ay): aylıq 800 AZN (net) Sınaq müddətinin müvəffəqiyyətlə yekunlaşmasından sonra aşağıdakı vəzifələr üzrə inkişaf planı təklif olunur: Dərəcə I — 1 200 AZN (net) Dərəcə II — 1 400 AZN (net) Dərəcə III — 1 600 AZN (net) Əmək müqaviləsi Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır. Əmək funksiyaları Texniki rəsm və sxemlər əsasında mexaniki qovşaqların və hissələrin yığılmasını həyata keçirmək; Lehimləmə işlərinin icrası; Yığım prosesində əl və pnevmatik alətlərdən, həmçinin müvafiq quraşdırma avadanlıqlarından təlimatlara uyğun istifadə etmək; Yığılan hissə və qovşaqların ölçü və uyğunluğunu ölçü alətləri (ştangensirkul, mikrometr və s.) ilə yoxlamaq; Bağlantı elementlərinin (bolt, qayka, pərçim və s.) müəyyən edilmiş moment və standartlara uyğun sıxılmasını təmin etmək; İstehsal prosesində aşkar edilən qüsur və uyğunsuzluqları vaxtında bildirmək və aradan qaldırılmasında iştirak etmək; İş yerində alət və avadanlıqların qulluğunu aparmaq, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək; Növbə ərzində yerinə yetirilən işlər üzrə müəyyən edilmiş formada hesabat və qeydiyyat aparmaq; Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena normalarına riayət etmək; Rəhbərliyin tapşırığı əsasında istehsal prosesi ilə bağlı digər tapşırıqları yerinə yetirmək. Tələblər Texniki təhsil (elektronika, robotexnika, mexanika, maşınqayırma və ya oxşar ixtisas üzrə üstünlük təşkil edir); Mexaniki yığım və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də nəzərdən keçirilir); Texniki rəsm və sxemləri oxumaq bacarığı; Ölçü alətləri ilə işləmək bacarığı; Lehim işləri bacarığı; Diqqətlilik, məsuliyyətlilik və komanda daxilində işləmək bacarığı; Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər. Telefon: 010 239 50 16 Maaş: 800 AZN Son müraciət tarixi: 25.12.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Company jobsearch.az · Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA