Prayk

Hüquqşünas

Kelishiladi
TekshirilganKecha
KategoriyaHuquqshunoslik

№6375925·Koʻrishlar: 1

Tavsif

Hüquqşünas vakansiyası üzrə təcrübəli və peşəkar mütəxəssisləri komandamıza dəvət edirik! Namizədə tələblər: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil; Hüquq sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan, rus və ingilis dili mütləqdir. Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual, əmək qanunvericiliyi və cinayət prosessual qanunvericiliyi üzrə biliklər; Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübə; Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və ekspertizası bacarığı; Hüquqi risklərin müəyyənləşdirilməsi və təhlili bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqları; Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığı. İş şəraiti: Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur. İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Son müraciət tarixi: 25.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/iqlim-elmi-istehsalat-muessisesi-mmc-huquqsunas-156985
REKLAMA