Prayk

Keyfiyyətə nəzarət üzrə mütəxəsis

Kelishiladi
Tekshirilgan3 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№3352238

Tavsif

Müəssisəyə daxil olan material, avadanlıq və məhsulların dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək; Tikinti və təmir-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi cizgilərinə və normativ tələblərə uyğun icrasını təmin etmək; Subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək; Daxil olan materialların mənşə və keyfiyyət sertifikatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə müvafiq hesabatlar hazırlamaq; Keyfiyyətin idarə edilməsi planı, prosedurlar, inspeksiya və test planlarının hazırlanmasında və icrasında iştirak etmək; Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək; Daxili və xarici auditlərdə iştirak etmək, ISO və digər müvafiq standartların tələblərinə riayət olunmasını təmin etmək; Ölçü alətləri və tikintidə istifadə olunan avadanlıqların kalibrasiyası və sertifikatlaşdırılmasına nəzarət etmək; Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək; Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək; İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək; Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək; Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə proseslər üzrə təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək.
REKLAMA