
Bakı9
Layihə rəhbəri (tikinti üzrə)
Layihə rəhbəri (tikinti üzrə)
4 000 ₼
Tekshirilgan1 oy oldin
ShaharBakı
Sana
Koʻrishlar9
Raqam№3540016
Tavsif
İş rejimi: 6 günlük;
İş yeri: Bakı şəhəri;
Korporativ nömrə ilə təmin olunma;
Əmək haqqı: müsahibə əsasında;
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.
Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi;
Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;
Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Əmək haqqı: 3000-4000 AZN
REKLAMA










