
Bakı6
Marketinq Meneceri
Marketinq Meneceri
1 000 ₼
TekshirilganKecha
ShaharBakı
Sana
Koʻrishlar6
Raqam№5905910
Tavsif
Şirkətimizin marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini, brend mövqeyinin gücləndirilməsini və satış hədəflərinə nail olunmasını təmin etmək məqsədilə peşəkar Marketinq Meneceri axtarırıq.Əsas vəzifə və öhdəliklər:Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi;Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar tendensiyalarının izlənilməsi;Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması;Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi;Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi;Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və koordinasiyası;Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə nəzarətin təmin edilməsi;Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.Namizədə dair tələblər:Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlükdür;Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə təcrübə;Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər;Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər;Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı;Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı;Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı.Biz nə təklif edirik?Könüllü tibbi sığorta paketi;Nahar təminatı;Korporativ mobil nömrə;Yanacaq xərclərinin qarşılanması;Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən, müsahibə zamanı razılaşdırılır). İş şəraiti:İş yeri: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycanİş qrafiki: 09:00–18:00İş həftəsi: 5 günlükVakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
REKLAMA









